Türkiyənin səkkizinci prezidenti Turqut Özalın müəmmalı ölümü ilə bağlı yeni məlumat yayılıb. Modern.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Məhkəmə Tibbi Ekspertiza Mərkəzi Özalın nəşindən tapılan 4 maddənin onun zəhərlənərək ölməsinə səbəb olmadığını açıqlayıb.
Bildirilib ki, Turqut Özalın nəşindən götürülən nümunələr üzərində aparılan araşdırmalar zamanı onun zəhərlənmədiyi məlum olub. Ekspertiza mərkəzindən əldə edilən məlumatda həmçinin qeyd edilib ki, faktın daha dəqiq araşdırılması üçün xaricdən mütəxəssislər dəvət olunublar. Özalın nəşində aşkar edilən DDT-ci maddənin yüksək dozada olduğu bildirilib. Əsasən meyvə-tərəvəz məhsullarına vurulan bu maddənin insan bədənində yığılmasının adi hall olduğu göstərilib. Sözügedən maddənin Özalın bədənində qəbul etdiyi qida məhsullarından toplandığı aşkar edilib.
1980-ci illərdə məşhur olaraq istifadə edilən DDT-nin, o dövrdə kilolu insanların bədənlərində olması normal hal kimi qiymətləmndirilib.
Özalın nəşindən tapılan digər polonyum adlı radioaktiv maddənin isə ekoloji faktorlar səbəbiylə bədənə girdiyi məlum olub. Kəfəndə belə zəhərli maddənin aşkar edilməsinin ekoloji faktorlarla bağlı olduğu bildirilib.
Mərkəzdən göndərilən nəticələrə görə, ekizpertiza zamanı zəhərlənməni sübut edəcək dozada tapıntılara rast gəlinməyib.
Qeyd edək ki, mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib.
Anar RÜSTƏMOV