Modern.az

Vahid Əhmədov seçicilərilə görüşüb - FOTOLAR

Vahid Əhmədov seçicilərilə görüşüb - FOTOLAR

Aktual

8 Dekabr 2012, 14:37

Qubadan olan deputat Vahid   Əhmədovun rayonunun Timiryazev qəsəbəsində seçicilərlə növbəti   görüş keçirib. Bu barədə Modern.az-a deputatın köməkçisi Arif Orucov məlumat verib. Görüşdə Zizik, Nərimanovka, Alekseyevka kəndlərinin də sakinləri  iştirak  ediblər. Görüşdə Vahid   Əhmədov respublikadakı ictimai-siyasi   vəziyyətdən danışıb, Milli Məclisdəki fəaliyyəti və Quba rayonu ilə bağlı görülən işlərə toxunub. V.Əhmədov deyib ki. 2012-ci ilin büdcəsinin müzakirəsi   zamanı   rayon   əhalisini   narahat   edən   problemlər   hökümətin   diqqətinə çatdırılıb, bir neçə nazirlə şəxsən görüşərək müzakirələr aparıb. İqtisadi   İnkişaf   Nazirliyində baş tutan görüşdə rayon əhalisi üçün əlavə iş yerlərinin təşkili məsələsi qaldırılıb, rayonda bol miqdarda  yetişdirilən meyvənin və təbii şəraitdə əmələ gələn giləmeyvə məhsullarının emalı ilə bağlı isə qərara alınıb ki, nazirliyin köməkliyilə kredit verilməklə kəndlərdə şirə, qurudulmuş meyvə, mürəbbə və cem istehsalı üçün xırda sexlər qurulsun. Görüşdə rayonda gedən təmir-tikinti və abadlıq işləri ilə bağlı müsbət məqamlar qeyd  olunmaqla bərabər,  əhalinin icra başçısına hər cür köməklik göstərilməsinin vacibliyi qeyd olunub.

Görüşdə çıxış edən seçicilər millət vəkilinin fəaliyyətini yüksək qiymətləndirərək, qeyd ediblər ki, deputat seçki kampaniyası zamanı verdiyi sözünə sadiq qalıb, qubalıların sözünü Milli Məclisin tribunasından səsləndirməklə yanaşı, praktik işlər görüb.
Qeyd olunub ki, seçicilərlə keçirilən görüşlər mütəmadi xarakter alıb, hər  iki tərəfin  maraqlarına cavab verən tədbirlərə çevrilib. Alma məhsulunun satışı ilə bağlı Rusiya sərhəddindəki problemlər deputatın köməkliyilə aradan qaldırılıb. Qeyd olunun ki, məktəblərin tikintisi və təmiri, Qubada su və kanalizasiya sistemlərinin qurulması, kəndlərdə içməli su ilə bağlı layihələrin həyata keçirilməsi, yolların abadlaşdırılması və bu kimi bir çox başqa işləri tam əminliklə deputatın aktivinə yazmaq olar.
Görüşdən sonra deputat bir neçə seçicini onların xahişi ilə qəbul edərək, problemlərilə bağlı tədbirlər planlaşdırıb.

 

 

 

 

 

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı