Modern.az

Azərbaycanın İslam Konfransı Təşkilatına üzvlüyü nə verdi? – Rəylər

Azərbaycanın İslam Konfransı Təşkilatına üzvlüyü nə verdi? – Rəylər

Aktual

8 Dekabr 2012, 16:58

Bu gün Azərbaycanın İslam Konfransı Təşkilatına üzv olmasından 21 ötür. 1991-ci il dekabrın 8-də Azərbaycan bu təşkilata üzv olub. Ttəşkilata üzvlük Azərbaycana nə verdi? Modern.az-ın bu sualını millət vəkilləri cavablandırıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, bu təşkilata üzv olmaq o baxımdan faydalıdır ki, Azərbaycanın müəyyən ərazi bütövlüyü və başqa məsələlərlə bağlı İslam ölkələri ilə ilə əməkdaşlığının müəyyən mənada sistemə salınması baş verdi.

“Yəni ən azı bura daxil olan ölkələrin Azərbaycan əleyhinə hər hansı bir fəaliyyətinin şahid olmadıq. Bu baxımdan müsbətdir. Amma ki, təşkilatın özü yetərli qədər nüfuz qazana bilmədi. Yəni dünyada regional bir təşkilat olaraq, söz sahibinə çevrilə bilmədi və onun hansısa fəaliyyətinin nəticələri çox da parlaq şəkildə görünmür. Amma bütün hallarda müsbət bir haldır ki, burada Azərbaycan öz iştirakını təmin etdi”-deyə, deputat qeyd edib.

Millət vəkili Məlahət İbrahımqızı bildirib ki,  Azərbaycan əhalisinin 99%-i İslam inanclı insanlardır və bu baxımdan Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunması normal hadisədir.

M.İbrahimqızının sözlərinə görə, İslam Konfransı Təşkilatında Azərbaycanla bağlı bir sıra uğurlu sənədlərə imza atılıb: “Bir neçə il öncə Bakı İslam Mədəniyyətinin başkəndi elan olunub. Azərbaycanın çox çətin dönəmlərində bir sıra müsəlman ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı bizə təmənnasız dəstək verib. Təşkilat Ermənistanın işğalçılıq siyasətini pisləyən  qətnamə qəbul edib. Həmin qətnamədə Ermənistan işğalçı dövlət kimi tanınır, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir”.

Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun Rusiya üzrə rəhbəri Leyla Əliyevanın Xocalıya ədalət kompaniyasına bu təşkilatda da baxılıb və Xocalı soyqırımı təşkilatın qəbul etdiyi sənəddə insanlığa qarşı cinayət kimi qəbul olunub.

Sevinc İltifatqızı

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı