Modern.az

Prezidentin səhhəti yenidən pisləşdi

Prezidentin səhhəti yenidən pisləşdi

Aktual

9 Dekabr 2012, 14:13

Venesuella prezidenti Hüqo Çavezin səhhəti yenidən pisləşib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, uzun illər ölümcül xərçəng xəstəliyinə qarşı mübarizə aparan Çavezin durumu ağırlaşıb.

Sabah Havanada əməliyyat olunacaq Venesuella prezidenti öz vəsiyyətini də edib. Dövlət başçısı ona bir şey olacağı təqdirdə prezidentilik postuna köməkçisi və eyni zamanda xarici işlər naziri işləyən Nikola Maduronun keçməsini vəsiyyət edib.

Qeyd edək ki, 58 yaşlı Hüqo Şavez bu ilin oktyabr ayında üçüncü dəfə Venesuellanın prezidenti seçilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı