Modern.az

Nazirlik xəbərdarlıq etdi: sabah qar yağacaq

Nazirlik xəbərdarlıq etdi: sabah qar yağacaq

Aktual

9 Dekabr 2012, 14:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 10-da  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsəcəyi gözlənilir.

Temperatur gecə 5-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir. Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaqdır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında isə sabah yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.

Temperaturun gecə 1-6° isti, gündüz 7-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaqdır.

Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacaqdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında  yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.

Temperaturun gecə 5-7°, gündüz 9-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı