Modern.az

Deputatlar Buxarestdə parlament seçkilərini müşahidə edib

Deputatlar Buxarestdə parlament seçkilərini müşahidə edib

Aktual

9 Dekabr 2012, 16:35

Millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyası nümayəndə heyətinin tərkibində bu gün Rumıniyada keçirilən parlament seçkilərini müşahidə etmək üçün paytaxt Buxarestədir. Modern.az-ın məlumatına görə, dekabrın 7-də Buxarestə səfər edən deputat Azay Quliyev həmkarı Eldar İbrahimovla birlikdə seçki prossesini müşahidə edir.

Qeyd edək ki, Azərbaycanın millət vəkilləri ATƏT Parlament Assambleyasının  müşahidə missiyasının tərkibində seçkilərə qatılaraq prosesin gedişatına, seçicilərin fəallığına, prosedur qaydalara riayət olunmasına diqqət yetirəcəklər.

Anar  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...