“Ayna” qəzetinin əməkdaşı İdrak Abbasov ARDNŞ prezidenti Rövnəq Abdullayevi bu həftə məhkəməyə verəcək. Bu barədə Modern.az-a məlumat verən jurnalist bildirib ki, vəkil Xalid Bağırov iddia ərizəsini hazırlayıb və tezliklə məhkəməyə təhvil verəcək.
“Vəkil Xalid Bağırov artiq iddia ərizəsini hazirlayib. İddia ərizəsinin mhkəməyə təqdim edilməsi üçün bir-iki texniki xarakterli məsələ qalıb. Yəqin ki, bu həftə ərzində məsələlər də həllini tapacaq və iddia ərizəsi məəhkəməyə təqim olunacaq”, - deyə vurğulayan İ.Abbasov bildirib ki, qarşı tərəfdən məsələ ilə bağlı onunla əlaqə saxlayan olmayıb.