Modern.az

Osman Gündüz: “Azərbaycanın peykindən Malayziya da istifadə edəcək”

Osman Gündüz: “Azərbaycanın peykindən Malayziya da istifadə edəcək”

Aktual

10 Dekabr 2012, 10:43

“Əgər Azərbaycan kosmik resursların bölüşdürülməsi prosesində iştirak edən ölkələr siyahısına daxil olarsa, bu ciddi və əhəmiyyətli uğurdur. Nəticə Azərbaycanda telekommunikasiya sahəsinin, informasiya texnologiyaları infrastrukturunun inkişafına müsbət təsir göstərəcək”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz süni peykimizin kosmosa çıxarılması məsələsinə münasibət bildirərkən deyib.

  Ekspert onu da qeyd etdi ki, çox az ölkə bu siyahıya daxildir. Eyni zamanda bəzi məsələlərin dərindən təhlil edildiyini vurğulayan Osman Gündüz iqtisadi amillərin də rolunun artırılmasının vacibliyindən söz açıb.

“Azərbaycan belə bir adım atırsa, mühüm əhəmiyyət kəsb edən bir prosesə qoşulur. Lakin iqtisadi dividentlərdən əldə olunacaq uğurlara gəlincə, bunun necə səmərəli istifadə olunması gündəmə gəlməlidir. Bildiyim qədər, hələlik bir ölkə bundan istifadə ilə bağlı qərar verib və bu Malayziyadır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, süni peykin ömrü 15-20 ildir. Daha da dəqiq desək, kosmik məkanda bu peyk bir müddətdən sonra itib gedir. Buna görə də bu resursun imkanlarının hansı ölkələrə icarəyə veriləcəyi və ya satılacağı ilə bağlı konkret layihələr hazırlamaq lazımdır. Nəzərə almalıyıq ki, bu sahədə rəqabət güclüdür. Yeni müştərilər tapmaq bir az çətin olduğunu nəzərə alaraq bu istiqamətdə yeni proqram hazırlanmalıdır. Konkret burda əldə olunacaq gəlir haqqında müəyyən ideyalar olmalıdır”.  

Aqşin Kərimov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı