İctimai Palatanın Fəvvarələr Meydanına təyin etdiyi icazəsiz aksiya başladı. Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, ərazini əhatəyə alan polis əməkdaşları tərəfindən aksiya iştirakçıları arasında kütləvi həbslərə başlanıb. Bir neçə saxlanıldığı bildirilir.
Hazırda aksiya davam edir.
***
İctimai Palatanın Dünya İnsan Haqları günü münasibətilə keçirəcəyi aksiyadan əvvəl həbslər başlayıb. Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas(2-ci polis bölməsi) müavini Vidadi Feyzi (3-cü polis bölməsi), Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının şura üzvləri Xanım Mirzəyeva və Balabəy Əliyev (4-cü polis bölməsi), AXCP üzvü, blogger Elçin Həsənov səhər saatlarına Sumqayıt polisi tərəfindən saxlanılıb.
Rövşən Murad isə 1-ci polis bölməsinə aparıldıqdan bir müddət sonra sərbəst buraxılıb.
Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyevanın yaşadığı evə dörd nəfər polis işçisi gələrək atasını hədələyiblər. Y.Hacıyeva həmin vaxt evdə olmayıb.
***
İctimai Palatanın Dünya İnsan Haqları günü münasibətilə saat 14-də Fəvvarələr meydanında keçirdiyi aksiya zamanı saxlanılanlar var:
1. Tural Abbaslı
2. Əhəd Məmmədli
3. Gözəl Bayramlı
4.Səxavət Soltanlı
5.Ayxan Hacıbəyli
6.Hüseyn Məlik
7.Nərgiz Yaqublu
8.Elman Həsənli
9.Əli Həsənli,
10.Yaşar Türkazər
11. Elçin Cərulla
12.Ayxan Hacıbəyli
13.Şamil Beydulla
14.Ağayev Natiq
15.Vasif Qiyasbəyli
16 Dunyaxanım Vahabova
17. Uğur Uğurov
18. İdris Əmiraslanlı
19. Nurlan Qasımov
20. Renat Nəcəfov
21.Təzəxan Mirələmli
22. Cəmil Hacıyev
23. Şakilr Abbaslı
24. Vüsal Bayramov
25. Xuraman Bağırova
26. Bəxtiyar Tarıyev
27. Rüfət Hacıbəyli
Saxlanılanlar Səbayel Rayon Polis İdarəsinə aparılıb. Müsavat Patiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis İdarəsində 80-dək aksiyaçı saxlanılıb.
Saxlanılanların sayı daha çoxdur. Siyahı dəqiqləşdirilir. Əlavə məlumatlar veriləcək.
Anar RÜSTƏMOV