Modern.az

Azərbaycanlı deputata Rauf Denktaş Özəl Ödülü verilib

Azərbaycanlı deputata Rauf Denktaş  Özəl Ödülü verilib

Aktual

10 Dekabr 2012, 15:45

Şimali  Kipr  Türk  Cümhuriyyətində  keçirilən  tədbir  zamanı millət vəkili  Qənirə  Paşayevaya  Rauf   Denktaş   Özəl   Ödülünü   Rauf  Denktaşın oğlu, Demokrat  Partiyasının  sədri,  millət  vəkili  Sərdar Denktaş təqdim edib. Modern.az-ın məlumatına görə, təqdimat zamanı çıxışında  Qənirə Paşayeva  haqqında  o bizim bacımızdır deyən Sərdar  Denktaş  azərbaycanlı deputatın bu ödülü almağa mənəvi  haqqı  olduğunu deyib.  Rauf  Denktaşın  Qənirə Paşayevanı yaxından tanıdığını,  dəfələrlə  söhbət  etdiyini  və  dəyər verdiyini  deyən  Sərdar  Denktaş  millət vəkilinin Türk  Dünyasına  etdiyi  xidmətlərdən  və  hər  zaman Şimali Kipr  Türklərinin,  ŞKTC-nin  yanında  olmasından  dolayı  bu  özəl mükafata layiq görüldüyünü düyib.

 Q.Paşayevanın Şimali  Kipr  Türk  Cümhuriyyətinin qurucu lideri Rauf  Denktaş haqqında yazdığı kitabları da xüsusi qiymətləndirən Sərdar  Denktaş  millət  vəkilinə təşəkkür edib. O, qardaş Azərbaycan dövlətinin inkişafına  və  uğurlarına  sevindiklərini və oranı da özlərinə vətən saydıqlarını deyib.  Rauf  Denktaşın  ən böyük  arzunun  ŞKTC-nin əbədi varlığı  olduğunu  qeyd  edən  Sərdar  Denktaş  Dağlıq Qarabağ probleminin də onları hər zaman narahat etdiyini deyib və üısa zamanda bu problemin həll olunmasını dilədiklərini söyləyib.

 Bu mükafatı  almanın  onun  üçün  xüsusi  məna  daşıdığını deyən  Qənirə  Paşayeva həm sevincli, həm də kədərli olduğunu deyib.  “Sevincliyəm ona görə ki, Rauf  Denktaş Özəl  Ödülünü alıram və bu dəyərli mükafatı dəyərli qardaşım, gözəl siyasətçi, ən əsası isə Rauf  Denktaşın oğlu hörmətli Sərdar bəy təqdim edir. Kədərliyəm  ona  görə  ki, Türk Dünyasının böyük  liderlərindən  biri  olan,  əfsanəvi  Rauf  Denktaş  artıq  həyatda yoxdur və mən bu dəfə onunla görüşüb, söhbətlər edə bilməyəcəm".  Hər zaman Şimali Kiprə səfərləri  zamanı  Rauf Denktaşla görüşdüyünü və onunla maraqlı fikir mübadilələri  apardığını deyən Qənirə Paşayeva "ondan çox şeylər öyrəndim, çünki o, milləti, vətəni necə sevmənin ən gözəl örnəklərindən biri idi”, - dedi. Rauf Denktaşın dəfn  mərasimində iştirakdan sonar  ilk  dəfə  Şimali  Kiprə  gəldiyini  vurğulayan Qənirə Paşayeva  Şimali Kipr  onsuz  solğun  və  qəmgin görünür deyib. “Amma mən bu gün hər yerdə onu gördüm, Şimali  Kipr  Türk Cümhuriyyətinin bayrağının dalğalandığı  hər  yerdə… Onu hər zaman sevgi və sayğı ilə anacaq, xatırlayacağıq.“  Rauf   Denktaş  haqqında yazdığı kitabı sağlığında ona təqdim edə bilməsindən və əfsanəvi  liderin  kitabdan çox razı  qalmasından məmnunluq duyduğunu deyən millət vəkili Qənirə Paşayeva "Rauf Denktaşla hər görüşüm zamanı o məndən hər dəfə azərbaycanlı qaçqın və məcburi köçkünləri xüsusi soruşurdu, onların evlərinə dönə bilməməsinə, Azərbaycan torpaqlarının 20 faizinin  Ermənistanın işğalı altında olmasından  çox üzüldüyünü deyirdi. Mən onun adını daşıyan bu özəl  ödülü  qaçqın  və  məcburi köçkünlərimiz  adına  alıram  və arzu  edirəm ki,  inşallah belə təqdimat mərasimlərini birgə işğaldan azad  edəcəyimiz  Dağlıq  Qarabağda,  Şuşada,  Xocalıda  qeyd  edək. Mən inanıran ki, o gün uzaqda deyil…", - bildirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı