Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu MDB müdafiə nazirləri Şurasının sədri seçilib. Modern.az bildirir ki, bu barədə qərar Moskvada bu gün keçirilən postsovet ölkələrinin müdafiə nazirlərinin iclasında qəbul edilib. Məlumatı qurumun mətbuat xidmətinin rəhbəri, general-leytenant Aleksnadr Sinayski elan edib.
Şoyqunun namizədliyini Azərbyacanın müdafiə naziri Səfər Əbiyev təklif edib. Digər nazirlər azərbaycanlı həmkarının təklifini dəstəkləyiblər.
Müdafiə nazirləri Şurasının sədri 3 il müddətinə seçilir.
X.SƏFƏROĞLU