Modern.az

Bakıda jurnalisti bıçaqlayan şəxs tutuldu

Bakıda jurnalisti bıçaqlayan şəxs tutuldu

Aktual

11 Dekabr 2012, 12:57

Daxili İşlər Nazirliyi ATV telekanalının əməkdaşının bıçaqlanması haqda rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məluamata görə, dekabrın 10-da Yasamal rayonu ərazisindəki "Eyforiya" çay evində, Bakı şəhər sakinii Sənan Qayıblı münaqişə zəminində Nemət Cəfərova bıçaqla xəsarət yetirib.

S.Qayıblı Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulub.

Hazırda faktla bağlı istintaq davam edir.

Bakı şəhər sakini, 27 yaşlı Nemət Eldar oğlu Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil qiymətləndirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı