Modern.az

Ekspert: “2013-də Xəzərin status məsələsinin həllinə ümid puçdur”

Ekspert: “2013-də Xəzərin status məsələsinin həllinə ümid puçdur”

Aktual

11 Dekabr 2012, 13:02

“2013-cü ildə Xəzərin statusunun müəyyən edilməsi probleminin həll olunması üçün heç bir əsas yoxdur”. Bu barədə Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov bildirib.

R. Məmmədov qeyd edib ki, bu gün bu məsələnin kökündə Xəzər dənizinin böyüklüyü, adı, dənizin gəmiçilik problemi, hərbi təhlükəsizlik məsələləri durur: “Bu dörd kardinal məsələ var ki, hələ ki həllini tapmayıb. Buna görə də Xəzərin statusu reallaşa bilmir”. Burada əsas problem yaradan tərəfin İran olduğunu vurğulayan ekspert əlavə edib ki, İransız status məsələsini həll etmək mümkün olmayacaq: “Bu danışıqlar beştərəfli formatda aparılmalıdır. Belə qərara alınıb ki, bir dövlət iştirak etməyəndə, danışıqlar pozulur. Ona görə də həll alınmır. İran isə bu işin irəli getməsinə imkan vermir. Müəyyən məsələlərdə Rusiyanın da mövqeyi ziddiyyətlidir. Xəzər dənizinin su hissəsinin bölünməsi, Xəzərdə hərbi təhlükəsizlik məsələsi, Xəzərin adı məsələsi bu məsələlərdə Rusiyanın mövqeyi birmənalı deyil”.

Ekspert qeyd edib ki, yaxın gələcəkdə Xəzərin status məsələsi həllini tapmayacaq: “Məsələnin 2013-cü ildə həllinə əsas yoxdur“.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı