Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərinin təşkili məqsədilə 26 noyabr 2012 - ci il tarixindən - 25 dekabr 2012 - ci il tarixinədək tabeliyində olan ümumtəhsil məktəblərində “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı Azərbaycan tarixi aylığı elan edib.
Dekabrın 11-də Bakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli orta məktəbdə “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı Azərbaycan tarixi aylığı bilik yarışması keçirilib. Modern.az xəbər verir ki, tədbir Dövlət Himnin səslənməsi ilə başlayıb və daha sonra görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəliyyətinə həsr olunan klip təqdim olunub. Bilik yarışmasına məktəbin 4 sinfi (8b, 8ç, 8d və 8e) qatılıb. Şagirdlər şərti olaraq dörd (intelekt, xəmsə, odlar yurdu və zəkalar) komanda üzrə yarışmaya qatılıblar. Yarışmanın qalibləri məktəb direktoru tərəfindən fəxri fərmanla təltif olunublar. Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Aynur Rəhimova bildirib ki, BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın imzaladığı əmrə əsasən, bu yarışmanı keçirməkdə məqsəd şagirdlərin bilik səviyyəsini yüksəltmək, Azərbaycan tarixinə şagirdlərin marağını artırmaq, onları bu fənni dərindən öyrənmək üçün daha da həvəsləndirməkdir.|
|
|
|
|
|
|
|
|
|
|
|