Modern.az

21 dekabr ajiotajı Azərbaycan iqtisadiyyatına ziyan vura bilərmi?

21 dekabr ajiotajı Azərbaycan iqtisadiyyatına ziyan vura bilərmi?

Aktual

14 Dekabr 2012, 13:49

“Dünyanın sonu” məsələsinin biznesmenlərin pullarını banklardan çəkməsinə səbəb olub.

21 dekabrla bağlı bu mənfi təzahürün Azərbaycanda da yaşandığı və bəzi bizneslə məşğul olan şəxslərin banklardan pullarını çəkmək istədikləri bildirilir.

“Bu cəfəngiyyatdır. İnanmıram ki, bu, kütləvi şəkildə həyata keçirilsin. Dünya dağıldı, bəs onlar pulları nə edəcəklər, özləri ilə o biri dünyaya aparacaqlar?!”.

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı-ekspert Nazim Məmmədov deyib. O bildirib ki, biznesmenlər az-çox real düşünən insanlardır və onlar heç vaxt belə məsələlərə uymazlar.

“Bu adətən ekstrasens və ya müxtəlif alverçilərin uydurması ola bilər. Ciddi biznes adamları belə şeylərə inanmazlar. Əgər dünyanın dağılmağına inanan və pulunu bankdan çəkən adam varsa,  sonra o, nə edəcək? Bunlar qeyri-ciddi məsələlərdir və düşünmürəm ki, bunlar iqtisadiyyata və digər məsələlərə ciddi ziyan vurmuş olar”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı