Modern.az

BDU-da Yunus Əmrə Mədəniyyət Mərkəzi yaradılacaq

BDU-da Yunus Əmrə Mədəniyyət Mərkəzi yaradılacaq

Aktual

14 Dekabr 2012, 15:37

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunus Əmrə Vəqfi prezidenti və Yunus Əmrə İnstitutununun müdürü Prof. Dr. Ali Fuat Bilkanı, Yunus Əmrə İnstitutu Türkologiya Koordinatoru Yasin Tunçu, Tiflis Yunus Əmrə Mədəniyyət Mərkəzi müdürü Barış Demiri qəbul edib. Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb.

Öz növbəsində Yunus Əmrə Vəqfi prezidenti Prof. Dr. Ali Fuat Bilkan bildirib ki, Yunus Əmrə Vəqfi Türk dilini, tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək, bunlarla bağlı  məlumatları və materialları dünyaya yaymaq, Türk dili, mədəniyyəti və incəsənəti sahələrində təhsil almaq istəyənlərə Türkiyə  xaricində xidmət göstərmək, Türkiyənin başqa ölkələr ilə mədəni ələqələrini artıraraq dostluğunu inkişaf etdirmək məqsədilə 2007-ci ildə yaranıb. Yunus Əmrə Vəqfinə bağlı olaraq qurulan Yunus Əmrə İnstitutu isə qanunvericiliklə müəyyən olunmuş məqsədləri həyata keçirmək üzrə təhsil və tədris fəaliyyətləri ilə elmi tədqiqat işlərini həyata keçirir.  İnstitut, quruluş məqsədləri istiqamətində Türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha da yaxşı təbliğ edilməsi və öyrədilməsi məqsədilə araşdırmalar aparmaq, fərqli qurumlar ilə əməkdaşlıq edərək elmi fəaliyyətləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif nəşrlər vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədi istiqamətində fəaliyyətlər həyata keçirir.

Görüşdə həmçinin  universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşün sonunda BDU-da Yunus Əmrə Mədəniyyət Mərkəzinin yaradılması barədə protokol imzalanıb.

Qonaqlar BDU ilə yaxından tanış olub, və yüksək təəssüratla ayrılıblar.

 Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı