Modern.az

Zaqatalalı deputat: “İlin sonuna kimi tikinti işləri başa çatacaq”

Zaqatalalı deputat: “İlin sonuna kimi tikinti işləri başa çatacaq”

Aktual

14 Dekabr 2012, 17:11

“Mən Zaqatalaya tez-tez gedirəm, orada tikinti işləri çox sürətlə gedir. Artıq çadırlarda yaşayan insanlar üçün müvəqqəti evlər quraşdırılıb”. Bu sözləri Modern.az-a açıqlamasında 111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva deyib: “Həmin müvəqqəti evlərin də hər bir şəraiti var. İnsanlar həmin evlərdə məskunlaşıblar. Güman edirəm ki, prezidentin verdiyi tapşırıq əsasında ilin sonuna kimi evlərin tikintisi başa çatacaq”.

Millət vəkili qeyd edib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da  adıçəkilən bölgəyə tez-tez baş çəkir: “O, da öz göstərişini verib və çıxışında da bildirib ki, ilin sonuna kimi evlərin tikintisi başa çatacaq. Mən yenə də deyirəm, orada evlərin tikintisi çox sürətlənib, fəhlələr gecə-gündüz işləyirlər”.
Fəlakət bölgəsindəki məktəblərin tikintisinə gəldikdə isə, deputat bildirib ki, onun dairəsinə aid olan məktəblər artıq hazırdır.

Nihadə Eyyubova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı