Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı verib. Başsağlığında bildirilir:
- Hörmətli cənab Prezident,
Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbər məni son dərəcə sarsıtdı və kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayıram.
***
Modern.az-ın məlumatına görə, dünən ABŞ-ın Nyutaun şəhərinin ibtidai məktəbində 27 nəfər qətlə yetirilib. Silahlı atışmada 5-10 yaşlarında olan 20 uşaq və 7 nəfər yaşlı insan həlak olub. Qatil Adam Lenza baş nahiyəsinə atəş açaraq özünü də öldürüb. Onun törətdiyi əməlin səbəbləri hələlik məlum deyil.
Qatilin silahı anasının adına qeydiyyatda olub.
24 yaşlı Ryan Lanza səhər saatlarında məktəbə gəlib.Onun anası burada ibtidai sinifdə dərs deyirmiş. Qatil anasını, onun sinifindəki şagirdlərini güllələyib. Ölənlər arasında məktəbin rektoru da var.
Modern.az