Modern.az

“Böyük İpək Yolu” ABŞ-da baş vermiş faciə ilə bağlı başsağlığı verib

“Böyük İpək Yolu” ABŞ-da baş vermiş faciə ilə bağlı başsağlığı verib

Aktual

15 Dekabr 2012, 16:59

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı ABŞ-ın Nyutaun şəhərinin ibtidai məktəbində baş verən qətllə bağlı başsağlığı verib. Təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, silahlı qatilin əli ilə 27 nəfərin, o cümlədən 18 uşağın öldürülməsi xəbəri “Böyük İpək Yolu” Beynəlxaq Gənclər İttifaqında böyük  ağrı və kədərlə qarşılanıb.
“Azyaşlı məktəblilərin öldürülməsi bizdə dəhşət və böyük sarsıntı yaratdı. Bu faciənin doğurduğu kədərin miqyası övladlarını itirmiş valideynlər üçün ölçüyəgəlməzidr. Biz Amerika xalqının bu ağır günlərində onun kədərinə şərik olduğumuzu bildirir, övadlarını itirmiş ata-analara səbr və dözüm diləyirik”.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı