Modern.az

Azərbaycanlı uşaqlar ABŞ-da həlak olan 20 məktəblinin xatirəsini yad etdilər

Azərbaycanlı uşaqlar ABŞ-da həlak olan 20 məktəblinin xatirəsini yad etdilər

Aktual

15 Dekabr 2012, 17:14
Bugün “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin üzvləri 14 dekabr tarixində ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə ilə bağlı kədərlərini çatdırmaq məqsədilə ABŞ-nın Azərbaycandakı səfirliyini ziyarət ediblər. Bu hadisəni böyük kədər və hüznlə qarşılamış “NUR” UGİB-in məktəbli üzvləri öz təəssüf hisslərini çatdırmaq üçün yazdıqları ismarıc, məktub, oyuncaq və gül dəstələrini səfirliyə təqdim ediblər.

Uşaqlar bütün Amerika xalqına, xüsusilə həlak olmuş uşaqların ailələrinə ünvanladıqları ismarıclar vasitəsilə onlarla eyni kədəri bölüşdüklərini bildiriblər.  
"NUR" Uşaq və Gənclərin İctimai Birliyi uşaqların təşəbbüsü ilə 1999-cu ildə yaradılıb. Təşkilatın başlıca missiyası uşaq və gənclərin sosial, iqtisadi, mədəni sahələrdə problemlərin həlli və onların maarifləndirməsidir.    


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı