Modern.az

Bakı məşhur müğənnini təəcübləndirib

Bakı məşhur müğənnini təəcübləndirib

Aktual

17 Dekabr 2012, 10:57

ANS-in “Məhşurlar bizimlə” layihəsində qonaq olan İradə İbrahimova və onun Türkiyədə çalışdığı məhşur musiqiçilər maraqlı açıqlama veriblər. Modern.az-ın məlumatına görə, Murad Dalkılıcın bəstəsini oxuyacaq İradə xanım onunla duetinin də gözlənildiyini bidirib. Azərbaycanlıları özünə doğma bildiyini deyən Murad bəy mahnılarımızdan bir neçəsinin adını çəkə bilib. Söyləyib ki, respublikamıza gəlib, nəinki musiqilərimizlə, adət-ənənə, milli dəyərlərimiz, mətbəximizlə yaxından tanış olmaq istəyir.

Ozan Çolaqoğlu iki dəfə qonağı olduğu ölkəmizin günü-gündən dəyişib yeniləndiyinə sevindiyini söyləyib. Onun sözünə əlavə olaraq İradə xanım bildirib ki, Bakıya səfərləri tez-tez olur. Hər gəlişində paytaxtımız yenilikləri ilə onu təəccübləndirir. Veriliş boyu üçlük qərara gəlib ki, birgə Bakıya gəlsinlər. Bu, dəfər həm istirahət, həm də yaradıcılıq xarakteri daşıya bilər. Murad bəy məmnuniyyətlə oxuyacağı səhnəni İradə İbrahimova ilə paylaşmaq istədiyini bildirib.
Konsert səhnəsi uçun darıxan İradə xanım birgə təklifdən məmnun olduğunu və bunun həyata keçməsini arzulayıb. Yaradıcılığından söz salan İ.İbrahimova tezliklə yeniliklər edəcəyini söyləyib. Türkiyədə musiqi şirkətlərinin biri ilə müqavilə əsasında çalışan sənətçi kiçik yeniliklərə son qoyub, yaradıcılığına böyük təkan verəcək.  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı