2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının açılış oyunu üçün stadion hazırdır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın Fortaleza şəhərində açılışı olan “Castelao” stadionu 67 min tamaşaçı tutur. 1973-cü ildə inşa olunan stadionun yenidən təmir olunmasına 249 milyon dollar pul xərclənib. Eyni zamanda Dünya Çempionatı oyunlarının keçirilməsi üçün Belo Horizonte şəhərində “Mineirao” stadionunun açılışı planlaşdırılır.
Konfederasiya Kuboku 2013-ün açılış oyunu yenicə təmirdən çıxmış “Castelao” stadionunda keçiriləcək. Bu qarşılaşma iyun ayının 19-da Braziliya və Meksika arasında baş tutacaq. Qeyd edək ki, Konfederasiya Kuboku – 2013 və Dünya Kuboku – 2014 stadionlarının inşası gələn il başa çatacaq.