Modern.az

TQDK “Şagird-məzun” bazasının formalaşdırılmasına başlayır

TQDK “Şagird-məzun” bazasının formalaşdırılmasına başlayır

Aktual

17 Dekabr 2012, 12:52

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar TQDK tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-məzun” bazasının formalaşdırılması işinə başlanılıb.

Bu  məqsədlə Komissiya ümumi və tam orta təhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” bazasına daxil edilməsi üçün respublikanın rayon və şəhərlərində məsul şəxslərlə seminar-məşğələlər təşkil edir. 

TQDK-dan bildirilib ki, seminar-məşğələlər aşağıdakı cədvəl üzrə keçiriləcək:

Tarix

Şəhər və rayonlar

1

19.XII.2012

Ağcabədi, Goranboy, Oğuz, Gədəbəy, Ağstafa, Biləsuvar, Şabran, Quba, İmişli, Kürdəmir, Qobustan, Göyçay, Bərdə, Beyləqan, Xocavənd, Balakən, Cəlilabad, Astara, Gəncə, Kəlbəcər, Xocalı.

2

20.XII.2012

Şəmkir, Tovuz, Qəbələ, Naftalan, Ağdam, Neftçala, Siyəzən, Qusar, Saatlı, Hacıqabul, Ağsu, Ağdaş, Tərtər, Füzuli, Qax, Masallı, Lənkəran, Göygöl,  Şamaxı

3

21.XII.2012

Daşkəsən, Qazax, Şəki, Mingəçevir, Zərdab, Salyan, Xızı, Xaçmaz, Sabirabad, Şirvan, Ucar, Yevlax, Laçın, Zaqatala, Yardımlı, Lerik, Samux, İsmayıllı

4

24.XII.2012

Bakı şəhərinin rayonları, Sumqayıt, Abşeron, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı