“Əfv siyahısında dini motivlərlə həbs olunanların adlarının olması istisna edilmir”.
Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O, bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Əfv Komissiyasının üzvü olduğundan ona əfvlə bağlı çox sayda məktub gəlir. Bu məktublar müxtəlif məzmun və maddələrlə günahlandırılan insanların yaxınlarından, qohumlarından daxil olur. Ona görə də məktublar müxtəlif məzmunlu olur. Odur ki, həmin məktubların arasında dini motivlərlə tutulanların məktublarının olması istisna edilmir: