“Muğanbank” ASC-nin baş ofisində dekabrın 15-də adsız istiqrazların növbəti tirajının nəticələri müəyyənləşib. Muğanbank” ASC-nin Marketinq departamentindən Modern.az-a bildirilib ki, hər tirajda olduğu kimi 25-ci tirajda da uduşlu istiqrazların sayı 1200-ə çatdı. Ənənəvi olaraq hər 45 gündən bir təşkil olunan tirajın qalibləri 100 manatdan 50 min manatadək uduşlar əldə ediblər. Tirajın nəticələri ilə “Xalq qəzeti”nin növbəti sayında, həmçinin, “Muğanbank” ASC-nin rəsmisaytında tanış ola bilərsiniz (//www.muganbank.az/istiqraz/spisok.php). Həmçinin, 933 telefon nömrəsinə zəng etməklə məlumat ala bilərsiniz.
Növbəti tiraj 2013-cü il yanvarın 30-da bankın Ə. Rəcəbli 21B ünvanında yerləşən baş ofisində keçiriləcək.
“Muğanbank” ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.
Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. İstiqraz sahibi istənilən vaxt istiqrazlarını “Muğanbank” ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır.
Ən sadə riyazi hesablamalar göstərir ki, hətta minimal uduşla belə 50 manatlıq nominal ilə istiqrazlar gəlirinizi iki dəfə artırmağa imkanı verir. Buna görə insanlar bu risksiz investisiya məhsulunu inamla alırlar.
Modern.az