Ötən il Rusiya vətəndaşları arasında xarici daşınmaz əmlaka tələbat kəskin artıb.
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Artıq 1.5 ildir ki, tendensiya davam edir. Bu müddət ərzində Rusiya Federasiyasının vətəndaşları Türkiyə, BƏƏ və Kiprdəki bütün əcnəbilər arasında ən aktiv ev alıcılarından birinə çevrilib.
Qeyd olunub ki, bu, təəccüblü deyil və burada investorlar üçün immiqrasiya proqramlarının olması ilə izah olunur. Bu gün xaricdə daşınmaz əmlak təkcə özlüyündə sabit və likvid aktiv deyil, həm də vətəndaşlıq və ya yaşayış icazəsi almaq üçün bir vasitədir.
Bildirilib ki, bu isə öz növbəsində mövcud geosiyasi vəziyyətlə bağlı risklərin azaldılması üçün etibarlı vasitədir. Məsələn, sanksiyalara məruz qalmayan və Aİ-də yaşamaq icazəsi olan Rusiya vətəndaşı Avropa və ya İsveçrədəki aktivlərini dondura bilər.
Başqa sözlə, daşınmaz əmlak alışı bir çox çətinlikləri və məhdudiyyətləri aradan qaldırmaq üçün bir yoldur.