Modern.az

Paşinyanın istefası tələb olundu

Paşinyanın istefası tələb olundu

Dünya

16 Fevral 2024, 13:50

“Birlikdə” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın və bütün Nazirlər Kabinetinin istefasını tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi, Demokratlar Partiyasının lideri Aram Sarkisyan deyib.

 

Təşkilat fevralın 20-də İrəvandakı Azadlıq meydanında mitinq keçirməyi planlaşdırır. Aksiyada belə tələbin 100 səbəbi təqdim olunacaq: “Paşinyana bu məsuliyyətdən qurtulmaqda kömək etmək istəyirik, çünki o, belə hədsiz yükə tab gətirə bilməz”.

 

Hərəkat nümayəndələri müxalifəti təmsil edən deputatları mitinqdə iştiraka dəvət ediblər.

 

O qeyd edib ki, N.Paşinyan könüllü istefa verəcəyi təqdirdə ona və ailəsinə təhlükəsizliklə bağlı zəmanət veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər