Modern.az

Ermənistan parlamentində Katolikosun dəvət olunmaması gərginlik yaratdı

Ermənistan parlamentində Katolikosun dəvət olunmaması gərginlik yaratdı

Dünya

2 Avqust 2026, 10:14

Ermənistan parlamentinin müxalifət fraksiyaları IX çağırış Milli Assambleyanın ilk iclasına Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin dəvət edilməməsinə etiraz olaraq deputat andı içməkdən imtina ediblər.

Modern.az xəbər verir ki, müxalifət deputatları parlament rəhbərliyini Katolikos II Qaregini ilk iclasa dəvət etməməklə parlamentin reqlamentini pozmaqda ittiham ediblər.

Onların sözlərinə görə, ölkənin ali dini liderinin ilk iclasda iştirak etməməsi qanunvericiliyin tələblərinə ziddir. Buna etiraz əlaməti olaraq müxalifət fraksiyalarının deputatları parlamentdə andiçmə mərasimində iştirak etməyiblər.

Məsələ parlamentdə siyasi gərginliyə səbəb olub. Müxalifət bu addımı dini institutun nüfuzuna və parlament ənənələrinə hörmətsizlik kimi qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland