Modern.az

Ermənistan Prezidenti: "Cəmiyyət parlamentdən məsuliyyətli siyasət gözləyir"

Ermənistan Prezidenti: "Cəmiyyət parlamentdən məsuliyyətli siyasət gözləyir"

Dünya

Bu gün, 10:59

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan IX çağırış Milli Assambleyanın ilk iclasında çıxışı zamanı vətəndaşların yeni parlamentdən yetkin və məsuliyyətli siyasət gözlədiyini bildirib.

Modern.az xəbər verir ki, prezident parlamentin fəaliyyətinin yalnız qəbul edilən qanunların sayı ilə deyil, onların keyfiyyəti, cəmiyyətə təsiri və ölkənin inkişafına verdiyi töhfə ilə qiymətləndiriləcəyini vurğulayıb.

Onun sözlərinə görə, vətəndaşlar parlamentdən məsuliyyətli qanunvericilik fəaliyyəti və siyasi qarşıdurmaya deyil, ölkənin maraqlarına əsaslanan müzakirələr gözləyirlər.

“Bizə elə siyasi mədəniyyət lazımdır ki, fikir ayrılığı dözümsüzlüyə çevrilməsin, prinsipiallıq isə qarşılıqlı hörməti istisna etməsin”, – deyə Vaaqn Xaçaturyan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var