Ermənistan parlamentində təmsil olunan “Güclü Ermənistan” fraksiyası Milli Assambleyanın sədri vəzifəsinə öz namizədini irəli sürməyəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, fraksiya rəhbəri Narek Karapetyan bunun mənasız olduğunu bildirib.
Onun sözlərinə görə, fraksiya 7 iyun seçkilərində hakimiyyətin 58 min səsi saxtalaşdırdığını hesab etdiyindən iqtidarla konstruktiv dialoqu mümkün saymır.
Bununla belə, Karapetyan vurğulayıb ki, hakimiyyət ölkənin maraqlarına uyğun təkliflə çıxış edərsə, fraksiya bunu müzakirə etməyə hazırdır.
Qeyd edək ki, Ermənistan Milli Assambleyasının IX çağırışı bu gün ilk iclasını keçirir.