Modern.az

Ermənistanın yeni parlamentində fraksiya rəhbərləri SEÇİLDİ 

Ermənistanın yeni parlamentində fraksiya rəhbərləri SEÇİLDİ 

Dünya

Bu gün, 12:27

Ermənistanın IX çağırış Milli Assambleyasının hər üç fraksiyasının rəhbər və katibləri seçilib.

Modern.az xəbər verir ki, bu barədə parlamentin yeni tərkibdə keçirilən ilk iclasında tribunadan elan edilib.

Hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasına rəhbər Aresyak Manavazyan seçilib, katib vəzifəsinə isə Volodya Akopyan təyin olunub. Müxalif “Güclü Ermənistan” blokunun parlament fraksiyasına Narek Karapetyan rəhbərlik edəcək. Fraksiyanın katibi isə Tiqran Abramyan olub.

Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan, katibi isə Artur Xaçatryan seçilib.

Qeyd edək ki, IX çağırış Milli Assambleyada “Mülki müqavilə” partiyası 64 deputat mandatına, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandatına sahibdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var