Modern.az

Bakıda 2 nəfər intihara cəhd edib

Bakıda 2 nəfər intihara cəhd edib

Aktual

25 İyun 2016, 11:15

Bakıda iki nəfərin intihar etməyə cəhd etməsi ilə nəticələnən insident qeydə alınıb

 

Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib.

 

Məlumatda bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

 

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

 

İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil verilib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı