Modern.az

Ərdoğandan İstanbul terroru ilə bağlı önəmli AÇIQLAMA

Ərdoğandan İstanbul terroru ilə bağlı önəmli AÇIQLAMA

5 İyul 2016, 11:16

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul terrorunu gerçəkləşdirən şəxslərin Dağıstan, Qırğızıstan və Tacikistan mənşəli olduqlarını deyib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan hadisə ilə bağlı 30 nəfərin də həbs olunduğun deyib.

“Hadisəni Dağıstan, Qırğızıstan və Tacikistanda anadan olmuş 3 terrorçu törədib. Onlarla əlbir olan daha 30 nəfər isə terror faktı ilə bağlı həbs olunub”.

 

Xatırladaq ki, İstanbulun Atatürk aeroportunda törədilən terror hücumu zamanı 19-u əcnəbi olmaqla, 44 nəfər həlak olmuş, 200-dən artıq insan isə xəsarət almışdı.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir