Arxiv
29 Oktyabr 2009, 21:14 | TƏHSİL
Ali Məhkəmə uşarları övladlığa götürmə məsələsini müzakirə edib

Oktyabrın 29-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti  Plenumu keçirilib.
Modern.az xəbər verir ki, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində  görülən işlərdən danışıb.
Plenumda “Övladlıga götürmə və ya övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi  təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub. Bildirilib ki,  məhkəmələr övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxarkən bir sıra pozuntulara yol verirlər.
Belə ki, məhkəmə övladlığa götürmə ilə bağlı qərar verərkən həm övladlığa götürənin, həm də övladlığa verilənin sağlamlıq durumu ilə bağlı həkim rəyi tələb etməlidir. Həmçinin övladlığa götürənin həmin uşağı saxlamaq üçün maddi imkanının olub-olmadığını araşdırmalıdır. Lakin təcrübədə məhkəmələrin bu halları araşdırmadıqları, övladlğa götürənlərin böyük əksəriyyətinin 65 yaşdan yuxarı şəxslər olduğu məlum olub. Məhkəmə ümumiləşdirməsi zamanı məlum olub ki, övladlğa götürənlərin məqsədi övladlığa götürülənlərin gələcəkdə onların əmlaklarına sahib olmaq və onların təqaüdlərini almaq istəyidir. Ümumiləşdirmə zamanı məlum olub ki, 2008-ci ildə məhkəmələr tərəfindən bu qəbildən olan 792 işə baxılıb. 2007-ci ildə isə bu göstərici 959 təşkil edib. Həmin işlərdən 617-si övladlığa götürmə, 45-i isə övladlığa götürmənin ləğvi ilə bağlıdır. 792 işdən 724-ü üzrə qətnamə çıxarılıb, 60 iş baxılmamış saxlanılıb, 8 iş üzrə icraata xitam verilib. Qətnamə çıxarılan 724 işdən 706-sı təmin olunub, 18-i isə rədd edilib. Övladlığa götürülən uşaqlardan 477 nəfəri 10 yaşınadək, 99 nəfəri 10-17 yaşınadək olan uşaqlardır. Övladlığa verilən uşaqların 457 nəfəri hər iki, 119 nəfəri isə bir valideyni olan uşaqlardır. Övladlığa götürülən uşaqlardan 559 nəfəri Azərbaycan vətəndaşlarına, 7-si isə əcnəbi vətəndaşlara (Türkiyə, ABŞ, Norveç, Rusiya və Gürcüstan) verilib. Azərbaycan vətəndaşlarına övladlığa verilənlərin əksəriyyəti yaxın qohumluq münasibətlərində olan şəxslərdir. Məhkəmələrin yol verdiyi nöqsanlardan digəri isə övladlğa götürmə və ya övladlğa götürmənin ləğvi ilə bağlı məhkəmə qərarlarının açıq elan olunmasıdır. Qanuna görə, bu qəbildən olan işlərə məhkəmələr qapalı iclasda baxmalıdılar. Lakin bütün məhkəmə qərarlarının açıq elan edilməsi övladlığa götürmə ilə bağlı sirrin yayılmasına səbəb olur.
Ali Məhkəmənin Plenumu yekunda övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərlə bağlı qərar qəbul edib. Qərarda məhkəmələrə nöqsanların aradan qaldırılması və bu işlərə baxılarkən qeyd olunan məsələlərlə bağlı araşdırma aparılması tövsiyə olunub. Ali Məhkəmə övladlığa götürmə ilə bağlı məhkəmə qərarlarının qapalı elan olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət edəcək.
Plenum konkret cinayət və mülki işlərə də baxıb. Plenum müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edib.
Plenumun işində Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  təhsil  nazirinin  müavini  Elmar  Qasımov  iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Cenevrə danışıqlarına getdi 30 Oktyabr 2020, 09:33 Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO  30 Oktyabr 2020, 09:25 Bu beynəlxalq təşkilat da Ermənistanın Bərdəyə qadağan olunmuş kasetli raketlər atdığını təsdiqlədi 30 Oktyabr 2020, 09:12 Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək? - Qanun belə deyir... 30 Oktyabr 2020, 09:06 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41