Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb. Modern.az saytı xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.
Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.
Ailənin iki övladı olub.
20:47
Tovuzda qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib. Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı biçaqla kəsilərək qətlə yetirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Modern.az