Modern.az

Vilnüs məhkəməsi Qorbaçovu dindirmək istəyir

Vilnüs məhkəməsi Qorbaçovu dindirmək istəyir

Aktual

17 Oktyabr 2016, 15:03

Vilnüs dairə məhkəməsi 1991-ci il yanvarın 13-də bu şəhərdə baş verən faciəli hadisələrə görə keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu dindirmək qərarına gəlib. 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, prokurorlar hələ 1992-ci ildə həmin hadisələrlə bağlı Qorbaçovdan izahat almağa cəhd göstərsələr də, ancaq nəticəsi olmadığını qeyd ediblər.

Prokuror Dalya Skorupskayte deyib ki, Mixail Qorbaçov Litva Baş Prokurorluğu ilə ünsiyyətdə olmaqdan imtina edir. 

Onun sözlərinə görə, ona xüsusi şahid statusu vermək imkanı yoxdur və başqa vasitə də yoxdur ki, əcnəbi dövlətin vətəndaşı ifadə vermək üçün Litvaya gəlsin. 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü