Arxiv
4 Noyabr 2016, 15:18 | AKTUAL
Bakıda "Premium" markalı benzinin satışı niyə dayandırılıb?

Artıq iki gündür sürücülər Bakı ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən (YDM) "Aİ-95 Premium" markalı yanacağın qıtlığı ilə üzləşib. "APA-Economics" xəbər verir ki, bəzi YDM-lər ümumiyyətlə adıçəkilən markalı benzinin satışını dayandırıb.

 

"İki gündür "Premium" markalı benzin tapa bilmirik. Məcburən avtomobilə "Aİ-92" markalı benzin doldurmuşuq. Bu isə maşına ciddi  ziyan vurur", - deyə sürücülərdən biri bildirib.

 

Bunu nəzərə alaraq "APA-Economics" ölkədə ən geniş YDM şəbəkəsinə malik olan şirkətlər arasında sorğu keçirib.

 

"LUKoil-Azərbaycan" QSC-dən bildirilib ki, şirkət "Premium" markalı yanacağı "SOCAR Petroleum" QSC-dən alır: "Bizə yanacaq limitlə satılır. Problemin səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar".

 

"Tosoil" şirkətindən analoji cavab aldıq: "Ehtiyatımız tükənib. Bazadan ("SOCAR Petroleum" QSC-nin bazasından - red.) 1-2 günlük satış dayanıb. Yəqin ki, bir neçə günə satışı bərpa edərik".

 

"Azpetrol" MMC-dən məsələyə münasibət bildirən tapılmayıb.

"Günəş Petrol" firmasından da "Premium" markalı benzinin satışının dayandırıldığını etiraf ediblər. Bununla yanaşı, şirkət rəsmisi qeyd edib ki, problem sabahadək həllini tapmalıdır: "Biz də məhsulumuzun satılmasında maraqlıyıq".

 

Bununla yanaşı, şirkətlərin nümayəndələri yekdilliklə bildirirlər ki, məhsulun qıtlığı qiymət artımına səbəb olmayacaq.
 

Qeyd edək ki, YDM şəbəkəsinə malik olan şirkətlərin mütləq əksəriyyəti "Premium" markalı benzini "SOCAR Petroleum" QSC-dən alır. Şirkətin müştəriləri arasında "IST Petrol", "Tosoil", "LUKoil-Azərbaycan", "ABU Petrol", "Merd Petrol", "AZAL Oil", "Günəş IKF" MMC, "AS-Petrol" MMC, "Azərsun Holdinq" MMC, "Karasu Operating Company", "Silk Way Aviaşirkəti", "LUX-OİL" MMC, "Məişət Maye Qaz" QSC, "Balakhani Operating Company LTD" kimi şirkətlər var.

 

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə bildirib ki, artıq problem aradan qaldırılmaq üzrədir: "Bildiyiniz kimi, bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, "SOCAR Petroleum" böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də "LUKoil-Azərbaycan"dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır".

 

Onun sözlərinə görə, defisitin yaranmasına tələbatın yüksək olmasıdır: "Məsələn, sonuncu dəfə "LUKoil-Azərbaycan"a 5 maşın yanacaq verilib. Olar bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib".


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47