Modern.az

ABŞ İŞİD-lə mübarizəyə artilleriya göndərir

ABŞ İŞİD-lə mübarizəyə artilleriya göndərir

27 Yanvar 2017, 22:13

Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər. Modern.az saytı xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qəzetin məlumatına görə, hazırda Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən yerli dəstələr ABŞ-ın başçılıq etdiyi koalisiyadan yalnız hava dəstəyi görür.

Ancaq hələ seçkiöncəsi kampaniyasında Donald Tramp bəyan etmişdi ki, İŞİD-in məhv edilməsi üçün "gizli plan" var.

 

Məlumata görə, Tramp hərbi eskpertlərə terrorçularla mübarizədə yeni plan hazırlamaq üçün 30 gün vaxt verib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi