Modern.az

Azərbaycan yığması məğlub oldu

Azərbaycan yığması məğlub oldu

31 Avqust 2017, 22:46

Azərbaycan futbolçuları Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Modern.az xəbər verir ki, Azərbaycan yığması 21 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk oyununu İsrail komandasına qarşı keçirib. Akko şəhərindəki Municipal stadionunda İsrail komandası ilə keçirilən oyun  3:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti oyununu sentyabrın 5-də “Dalğa Arena”da İrlandiya yığmasına qarşı keçirəcək.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu