Modern.az

“İndi Türk Birliyinin vaxtıdır” - Nail Çələbi Türk dünyası jurnalistlərindən yardım İSTƏDİ

“İndi Türk Birliyinin vaxtıdır” - Nail Çələbi Türk dünyası jurnalistlərindən yardım İSTƏDİ

13 Mart 2018, 15:57

“Dünya İstiqlal müharibəsində olduğu kimi, indi də Türkiyənin və türklərin qarşısındadır”. Modern.az xəbər verir ki, bu sözləri Türk Dünyası Parlamentarilər Birliyin sədri Nail Çələbi deyib.

Nail Çələbi Ankarada Türk dünyası jurnalistləri ilə görüşündə Türkiyənin terrora dəstək verən ölkərə qarşı təkbaşına mübarizə apardığını vurğulayraq, sanki Türkiyənin xaç yürüşləri ilə üzləşdiyini bildirib.

Türkiyənin Afrində gerçəkləşdirdiyi “Zeytun budağı” əməliyyatında tam mənada haqlı olduğunu qeyd edən Çələbi, ölkəsinin bu mübarizədə tək buraxılmağa çalışıldığını vurğulayıb.

Çələbi “Avropa Birliyi kimi bir Türk Birliyinin qurulması artıq şərtdir. Türk Birliyi olsaydı  Türkiyə indi bu qədər yalnız olmaz, söykənəcək bir dayağımız olardı” deyib.


Hər zaman ölkəsinin bütövlüyü və bərabərliyi üçün mübarizə apardıqlarını söyləyən N.Çələbi “İndi Türk Birliyinin vaxtıdır. İndi də bunun üçün var gücümüzlə çaışacağıq” deyə qeyd edib.


Türk dünyasının birlik və bərabərliyi üçün qeyri-hökümət təşkilatlarının fəaliyyətlərinin son dərəcə vacib olduğunu deyən Nail Çələbi “Türk dünyası millət vəkilləri, jurnalistləri, biznesmenləri, liderləri, xalqı və qeyri-hökumət təşkilatları  əl-ələ verərək, Türk dünyası birliyi üçün çalışacağıq” söyləyib.


N.Çələbi bu məsələdə Türk dünyası jurnalistlərindən də yardım istəyib və “dərhal söyləyim ki, bu Birliyimiz partiyalar üstüdür və hər partiyanın burada üzvü olacaq. Özünü türk hiss edən hər bir millət vəkilinə də aydın olsun ki, partiya siyasətinə icazə verilməyəcək” deyib.

N.Çələbi Azərbaycan və Moldovada səfirlik etmiş və bu gün Türk dünyasının birliyi üçün böyük işlər görən Hülusi Kılıçın Birliyin xarici işlər kordinatorluğuna başçılıq etdiyini, bununla daha da güclü bir quruma çevrildiklərini bildirib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əsirlikdəki hərbçilərimiz qaytarılır prosses başladı