Arxiv
18 Aprel 2018, 09:14 | HADİSƏ
Qızlar niyə evdə qalırlar? - “Qarımış qız” atmacasına tuş gələnlər...  

Müşahidələr göstərir ki, qızlarla bağlı gec ailə qurmaq, qarımaq problemi daha çox postsovet ölkələrinə, xüsusən də Qafqaz və Orta Asiya respublikalarına xasdır. Azərbaycanda da belə qızların sayı çoxdur. Onlar nikah yaşına çatandan sonra uzun illər elçi, bir gün qapını döyəcək “ağ atlı oğlan”ın yolunu gözləyirlər. Bu bəxtsiz qızların isməti, ar-həyası ilə bağlı heç bir nöqsanları yoxdur. Ola bilsin aralarında xarici görünüşcə gözəl olmayanlar çoxdur. Onlar cəmiyyətin psixoloji və ictimai təzyiqi qarşısında gərgin bir həyat yaşayır, ətrafdakıların “qarımış qız” atmacasına cavab verməkdə çətinlik çəkirlər…

Müşahidələr göstərir ki, Azərbaycanın kənd yerlərində 23 yaşında qızı olan valideyn istər-istəməz narahat olur ki, onun övladı evdə qalıb.
Əgər kənd yerlərində qızlar 23-24 yaşınadək ərə getmirsə, artıq qonşular, qohumlar, yadlar arasında dedi-qodu başlanır. Bu səbəbə görə də kənd yerində valideynlər qızlarını tez ərə verməyə çalışırlar, nəinki şəhər yerində.

Ekspertlər deyir ki, bir qrup da qız ona elçi düşən oğlanları bəyənmir, təhsilli, evi, daimi işi, pulu olan ər arzusuyla yaşayır və beləcə yaş ötür. Özündənrazılıq, eqoistlik, lovğalıq da bəzi qızların ərə getmə yoluna sədd çəkir.  
 
Araşdılrmalar göstərir ki, Azərbaycanın hansısa ucqar bölgəsində qızların qarımasını digər səbəbi həmin regionda iş yerlərinin olmaması səbəbindən oğlanların oranı tərk edərək iri şəhərlərə, xarici ölkəyə - Rusiyaya- getmələridir. Uzun müddət başqa yerdə işləyən oğlanlar geri qayıdanda vaxtilə onlarla həmyaşıd qızların artıq yaşlı olduğunu görür, daha az yaşı olanlara elçi düşürlər. 


Təəssüf ki, Azərbaycan cəmiyyəti “qarımış qızlar”a pis münasibət göstərir. İctimaiyyət arasında çoxları belə düşünür ki, “o qızın nə isə problemi var ki, 30 yaşadək ərə getməyib”. Halbuki, bu, düzgün yanaşma deyil.

Dini ehkamlara, olacağa inananlara söykənən bəzi adamlar isə hesab edirlər ki, qızların qarıması, ailə qura bilməməsi, bəxt, qismət, taledir və bunu Tanrı belə yazıb... 

 
Müşahidələrə görə, Bakı və digər iri şəhərlərdə cəmləşən müasir qızları daha çox karyera, təhsil düşündürür, nəinki ailə qurmaq. Bu fikirdə olan xanımlara daha çox böyük şəhərlərdə - Bakı, Sumqayıt, Gəncədə yaşayırlar. Bölgələrdə isə valideynlər düşünürlər ki, qızların tez ailə qurması onlar üçün bir problemin həllidir.


“Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qızlarımız var. Fiziki məhdudiyyəti ucbatından və ya digər səbəblərdən ailə qura bilməyən xanımlarımız  gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bunu təbliğ edir”.


Bunu  prezidentliyə eks-namizəd Razi Nurullayev seçkiqabağı təçviqat zamanı çıxışlarının birində demişdi.


Maraqlıdır, problemin həlli yolu nə ola bilər? Ümumiyyətlə bu məsələdə reallıq payı necədir?


Məsələ ilə bağlı Razi Nurullayev Modern.az saytına açıqlamasında deyib ki, qeyd edilən məsələ çox həssas mövzudur:


“Azərbaycan Şərq üslubuna yaxın mentalitetə sahibdir. Bizim mentalitetimiz qadınla kişi arasında fərqi tam olaraq müəyyən edir, İslam dəyərlərinə uyğun hərəkət etməyi tövsiyə edir. Mən də İslam əxlaqını qəbul edirəm. Yəni ailə dəyərləri möhkəm olmalıdır, İslam şəriətində deyildiyi kimi qadın və kişinin öz yeri olmalıdır. Lakin bu, birmənalı olaraq bəzən qadın hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Qadınlar həm də azad yaşaya bilən, ailənin əsasını təşkil edən, kişilərlə bərabər hüquqlara malik olan şəxslər olmalıdır. İslam dini qadın hüquqlarını məhdudlaşdırmır. Dinimiz qadının oxuyub alim olmasına, böyük cərəyanın aparıcı olmasına qarşı deyil. Şərq mentalitetinin cəmiyyətdə qadınların inkişafını əngəlləməsini istəmirəm. Qadınları Azərbaycanda aparıcı qüvvə, onları gələcəyə körpü açan nəslin nümayəndələri kimi, qəhrəman, xarüqələr yaradan, şəhərlər salan görmək istəyirəm. Dediyimin qayəsində dayanan bu məsələdir. Yəni qadın da elm və texnologiyanın, ailə dəyərlərinin inkişafına kömək etsin”.

R.Nurullayev qeyd edib ki, namizdəlik zamanı  səsləndirdiyi fikirləri  başqa cür  yozanlar oldu:


“Təəssüf ki, bəziləri səsləndrdiyim fikirləri evdə qalan qızların ərə verilməsi, dul qadınların evləndirilməsi kimi anladı. Əgər 30-40 yaşlı xanım bu və ya digər səbəbdən evlənməyibsə, yaxud gənc yaşından dul qalıbsa, mental xüsusiyyətlərimizə görə onlar ikinci-üçüncü sort qadınlara çevrilirlər. Amma İslam bunu belə demir. Yəni Azərbaycan insanının mental yanaşması doğru deyil. Ərə getməyən qızlar və ya dul qadınlar olsun - hamısının xoşbəxt olmaq hüququ var. Əgər onlar ailə həyatı qura bilmirlərsə və ya həyatda tək yaşamağa məcbur qalıblarsa, demək bu, İslam qaydalarının çeynənməsi anlamına gəlir. Biz cəmiyyət olaraq çalışmalıyıq ki, o insanların xoşbəxt olması üçün motivasiya yaradaq. Tutaq ki, bir əlil qadınla kim evlənmək istəyər? Amma o əlil qadının məgər xoşbəxt olmaq haqqı yoxdurmu? Bunun üçün  dinin təbliği ilə məşğul olan mərkəzlər yaradıla bilər. Yaxud belə bir ailəyə yardım göstərməsi üçün dövlət tərəfindən sosial işçi təqdim oluna bilər. Bu həm İslam dinin saflığını, həm də dinimizin hər bir insana fərdi yanaşıb əslində onun xoşbəxtliyinə çalışmasını göstərəcək. Mənim demək istədiyim bu idi. Cəmiyyətdə hər kəs İslam dinini öz şəxsi maraqlarına uyğunlaşdırmaq fikrindədir. İslam dininin  siyasiləşdirilib ayrı-ayrı tərəflərin maraqlarına xidmət etməsini istəmirəm. Qadınlar zəif təbəqə olduğu üçün bütün qaydalar ancaq onlar üzərində tətbiq olunur. Mən buna qarşıyam. Cəmiyyətdə kişi və qadınları bərabər görmək istəyirəm”.

Müsahibimizin sözlərinə görə, bu gün cəmiyyətdə hər kəs özünü düşünür:

“Kişilərə hər şey olar, qadınlara olmaz məsələsi qəbul edilən deyil. Bu məsələlərdə insan hüquqları gözlənilməlidir. Bu da Quran kitabında öz əksini tapıb. Qadın və kişini cəmiyyətin inkişafında bərabər addımlayan görmək istəyirəm.

Açığı, cəmiyyətdə ailə qurmayan qadın probleminin olduğunu müşahidə edirəm, amma bunun statistikasını tapa bilmədim. Bu mövzular kənarda qalıb və çox da açıq deyil. Lakin bunun kifayət qədər ciddi problem olduğu bəllidir. Ailələrdə boşanmaların, zorakılıq hallarının artdığının şahidi oluruq. Artıq qadınların ailənin saxlanılmasındakı rolu kişilərdən daha çox yer almağa başlayıb. Rayon, kənd yerlərində qadınlar daha ağır işlərə cəlb olunur. Bəzən ailənin yükü qadınların çiyninə qoyulur. Düşünürəm ki, qadına daha çox dəyər verilməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın nikah yaşı keçmiş qızlarla bağlı qənaəti belədir:


“İndiki halda konkret olaraq evdə qalan qızların sayının çox olduğunu söyləmək çətindir. Ola bilsin ki, karyera qurmağa başı qarışan, real seçim etmək uğrunda mübarizə aparan  qızlar nigahı yubandırır.  Biz əksinə, nigaha girməyə tələsənlər çoxalıb deyirik. Amma seçim ucbatından ləngiyən qızlar elə də çox deyil. Bu gün gec ailə həyatı quran qızlar daha çox təhsil almış və öz tayını tapa bilməyənlərdir. Nəinki evdə qalsın və ya kimsə onunla evlənməsin. Vaxt var idi, evdə qalmış qızlar problemi daha geniş vüsət almışdı. Hazırda isə evliliyə şüurlu şəkildə yanaşanların problemi var”.

M.Zeynalova qeyd edib ki, bu məsələdə az da olsa,  mental xüsusiyyətlərin müəyyən təsiri ola bilər:

“Lakin indiki mental xüsusiyyətlər əvvəlkilərdən fərqlənir. Bunlardan biri  dediyim kimi seçim və evliliyə addım atmaqda cürət etməməkdir. İndi “məni heç kim almır, evdə qalmışam” kimi streotiplər dağılıb. Hətta bəzi hallarda ilk addımı atan qadınlar olur. 20-30 il bundan qabaq  qadının ilk addımı atması pis qarşılana bilərdi və bu, qadının əxlaqsızlığı kimi qiymətləndirilirdi. Lakin indi ailə qurmaq istiqamətində təklif,  qadın tərəfindən də ola bilir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin müalicəsi ilə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24