Arxiv
20 Sentyabr 2018, 09:29 | REPORTAJ
Doğmaları qətlə yetirilən TANINMIŞLAR...   

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi, ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri, sabiq millət vəkili İlyas İsmayılovun oğlunun qətlə yetirilməsi media və sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub. İlyas İsmayılovun oğlu Etimad İsmayılov ötən gecə Türkiyədə Azərbaycandan olan sabiq polis rəisi, iş adamı Gözəl Dəmirov tərəfindən güllələnib. 3 güllə yarası alan Etimad həyatını itirib. İlkin məlumatlarda qətlin maliyyə məsələsilə bağlı mübahisə üstündə trədildiyi bildirilir. Hadisəni törədən Gözəl Dəmirov artıq saxlanılıb.

Qeyd edək ki, İlyas İsmayılov övladı qətlə yetirilən ilk tanınmış sima deyil. Daha əvvəllər də bir sıra tanınmnış ictimai, siyasi, mədəniyyət və ədəbiyyat xadimlərinin övladları öldürülüb.

Modern.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb.Doğmaları qətlə yetirlmiş tanınmış simalar müxtəlif sahələrin adamlarıdırlar – aralarında siyasətçi də var, aktyor da, yazıçı da var, şair də... 

Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın oğlu Yalçın Qocayev 2017-ci il martın 11-də qeyri-sağlam həyat tərzi keçirən yoldaşları tərəfindən qətlə yetirilmişdi. O zaman Fikrət Qoca kimi ziyalının oğlunun əvvəllər məhkum olunmuş şəxslərin içki məclisinə qoşulması, onlarla qumar oynaması, birgə yeyib-içməsi, ardından da elə həmin tanışları tərəfindən döyülərək, qətlə yetirilməsi çoxlarının təəccübünə səbəb olmuşdu.
2017-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədova hökm oxunub.
E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.

Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk də övlad itkisi ilə üzləşmiş tanınmışlardandır. Amma Xəlil Rzanın oğlu Təbriz Bakıdan uzaqda Qarabağ savaşında erməni silahlı quldurları tərəfindən qətlə yetirilib – şəhid olub. 27 yaşında şəhidliyə ucalan Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də həlak olub. Övlad itkisi Xəlil Rzanın qəddini əydi və cəmi iki il sonra o da bu dünyadan köçdü.

Azərbaycan kinosu və teatrında yaratdığı yüzlərlə obrazla tamaşaçıların yaddaşında silinməz izlər qoymuş xalq artisti, görkəmli aktyor Həsənağa Turabov da övladını vaxtsız itirən məşhurlardandır. Aktyorun oğlu Daşqın Turabov 1997-ci ilin martında 34 yaşında bir cinayətkarın qəfil gülləsinə tuş gəlməklə həyatla vidalaşdı.
Daşqın sənətkarın böyük oğlu idi, polisdə işləyirdi. Təyinatla Siyəzənə göndərilmişdi. Orada balıq mafiyasını zərərsizləşdirəndə cinayətkarlardan birinin atdığı qəfil güllə Daşqın Turabova dəymiş və onu öldürmüşdü. Həmin hadisəyədək sağlamlığından heç vaxt şikayət etməyən Həsənağa Turabovu oğlunun vaxtsız itkisi yıxdı. Olaydan sonra səhhəti kəskin surətdə pisləşən xalq artisti tezliklə ürəyindən əməliyyat olundu, amma uzun müddət yaşaya bilmədi.


Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də ən yaxın adamını vaxtsız itirmiş tanınmış simalardandır. Onun qardaşı Nadir Həsənquliyev cinayətkar dəstənin üzvləri tərəfindən güllələnib. Üç azyaşlı uşaq atası olan Nadir Həsənquliyev 2001-ci ildə 33 yaşında əvvəlcədən planlaşdırılmış qətlin qurbanı olub. Qətldə təqsirləndirilən Anar İsmayılov hadisəni münaqişə zəminində törətdiyini iddia etsə də, zərərçəkmiş tərəf cinayətin “Azərenerji”nin keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib. 


Bu dəhşətli hadisədə isə iki tanınmış sima zərər çəkib - Azərbaycanın iki xalq artisti, AzTV-nin iki məşhur diktoru Roza Tağıyeva və Rafiq Hüseynov.
1984-cü ildə Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakət onları tanıyanların hamısını bərk sarsıtdı. Onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını da çemodana yığmışdılar. 
O zaman bu hadisə ilə bağlı müxtəlif şayiələr, söz-söhbətlər yayılmışdı. Onda çətinliklə də olsa, bu cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb, ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir. 
Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu qətlə yetirən, həbsxanada ağır xəstəliyə tutulan o şəxs 19 il cəzaçəkmə müsəssisəsində yatandan sonra, 2003-də azadlığa çıxıb. 
O hadisə Rafiq Hüseynov və Roza Tağıyevanın ailə həyatını da alt-üst etdi... Onlar bir yerdə yaşaya bilmədilər, ayrıldılar...
 
Aşağıdakı 2 hadisəni də qətl adlandırmaq olar. Erməni cəlladlarının törətdiyi qətl...


Əməkdar artist, xanəndə-müğənni Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində minaya düşərək şəhid olub. 

Digər müğənni, əməkdar artist Aybəniz Haşımova da həyat yoldaşı Xalid Quliyevi erkən itirib. Xalid Quliyev 1992-ci ildə Qarabağ savaşında həlak olub.

Hər iki sənətkar həyat yoldaşlarını itirəndən sonra ikinci dəfə ailə həyatı qurmayaraq, yeganə övladlarını (Gülüstan Əliyeva oğlunu. Aybəniz Haşımova qızını) böyüdüb...

Məşhur kinoaktrisa, Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova övlad itkisi yaşamış sənətkardır. 
Tamaşaçıların “Həm ziyarət, həm ticarət” filmindən yaxşı tanıdığı aktrisanın ilk övladı olan qızı İlahə 21 yaşındaykən (1996-cı ildə) qətlə yetirilib. Deyilənə görə, Nuriyyə Əhmədovanın qızını elə öz kürəkəni öldürüb. Bu haqda aktrisa heç vaxt ətraflı danışmayıb. O hadisədən sonra aktrisa qızının övladı Faiqi həm nənə, həm də ana kimi saxlayaraq, böyüdüb. Aktrisanın həyat yoldaşı isə qızının qətlinə dözməyərək, havalanıb. Və Nuriyyə Əhmədova ərindənn ayrılmağa məcbur olub. 

1997-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş, eyni zamanda 1995-2000-ci illərdə Milli Məclisin deputat mandatını gəzdirmiş mərhum akademik Fərəməz Maqsudovun da ailəsində qətl hadisəsi törədilib. Amma yuxarıda adları sadalanan tanınmışlardan fərqli olaraq, dəhşətli olay F.Maqsudov dünyasını dəyişəndən sonra baş vermişdi. Belə ki, 2001-ci ildə Fərəməz Maqsudovun evinə silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı. 
Bəzi məlumatlara görə, hücum edənlərin məqsədi əslində akademikin oğlu Zaurxan Maqsudovu öldürmək imiş, amma onlar bu qətli gerçəkləşdirə bilməyiblər.

Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru Etibar Elkini də doğmaları qətlə yetirilən məşhurlar sırasına daxil etmək olar. Uzun illər Azərbaycan televiziyasında çalışmış, SSRİ Jurnalistlər Birliyinin üzvü olmuş və jurnalistdən də daha çox ekstrasens kimi tanınmış Etibar Elkinin iki oğlu eyni vaxtda öldürülmüşdü. Və qatillər elə onunun özünü də oğlanları ilə birlikdə qətlə yetirmişdilır. Etibar Elkin 1999-cu ilin yanvarında gecəyarısı Bayıldakı evində iki oğlu - Əfrasiyab və Elşadla birgə qətlə yetirilmişdi. 
O zaman Elkinlərin qətlini «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətdiyi bəyan edilsə də, çoxları hələ də buna inanmır.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25