Arxiv
29 Sentyabr 2018, 08:43 | REPORTAJ
Məşhurların övladları - Hidayət Orucovun alim qızı - FOTOLAR  

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

 

Budəfəki təqdimatımız Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyyətli səfiri Hidayət Orucovun qızı Səhər Orucova barəsindədir...


O Hidayət Orucov ki, bu yaxınlarda - 5 sentyabrda 74 yaşını tamam etdi.

Şair və dramaturq, nasir və publisist, tərcüməçi və ictimai xadim Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Muğru bölgəsindəki Maralzəmi kəndində anadan olub.

 

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

 

Bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunub, fasiləsiz olaraq 16 il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.

 

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. 

 

Hidayətin həyatının İrəvan dövründə poeziya, publisitika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə ona Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib (1978), Sovetlər Birliyi dönəmində «Əməkdar igidliyə görə» medalı (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib (1978).
Hidayət Orucov 1989-cu ildə ermənilərin ölkəmizə və xalqımıza növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

 

Azərbaycan Respublikasının «Şöhrət» ordeni, Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları – «Ləyaqət» ordeni və Dağıstan Respublikasının Fəxri fərmanları ilə təltif olunub.

 

Çuvaşstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı laureatıdır.

 

1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini (mart 1984, mart 1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləyib. “Gənclik” nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası”nın nəşri kitab mədəniyyəti tariximizdə mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik “Azərbaycan folklore”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ Xalqları Ədəbiyyatı” kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. 

Yazıçının otuzdan çox poeziya, nəşr, tərcümə kitabı nəşr olunub. «Məni səsləyəndə» /1970/, «Məhəbbət qocalmır» /1973/, «Bir az gözləyin məni» /1975/, «Zirvə çağırır» /1977/, «İrəvanda xal qalmadı» /1984/, «Dənizi harayladım» /1978/, «Eviniz analı olsun» /1980/, «Sabaha çox var» /1990/, «Mən belə yaşayıram» /1991/, «Doxsanıncı il» /1992/, «Həsrət» /1995/, «Sözün vaxtı» /1999/, «Ömrümün çəlimləri» /2003/, «Burdan min atlı keçdi» /2004/ və s. kitabları oxuculara yaxşı tanışdır. U. Şekspirin «Sonu yaxşı bitən hər şey yaxşıdır» pyesini, H. B. Stounun «Tom dayının daxması» romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtariş», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanıb. Əsərləri iyirmidən çox dilə çevrilib.

 

H.Orucovun pyesləri hal-hazırda Akademik Milli Dram Teatrında, S.Vurğun adına Rus Dövlət Dram Teatrında və başqa teatrlarda tamaşa qoyulur.

 

Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri işləyib. 2005-2006-cı illərdə Milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri işləyib. 25 iyul 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.  31 may 2012-ci ildə həmin vəzifədən azad edilib..

 

27 dekabr 2012-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda da səfir vəzifəsində çalışır.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Ailəlidir, üç övladı var.

 

Səhər Hidayət qızı Orucova 12 noyabr 1971-ci ildə İrəvan şəhərində anadan olub. 1978-1988-ci illərdə Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub.

1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 2005-2011-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində Xarici dil (İngilis dili) müəllimi ixtisası üzrə təhsil alıb.

1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetində (BDU) çalışır.

S.Orucova 1993-1995-ci illərdə BDU-nun Filologiya fakültəsinin Humanitar fakültələr üzrə Rus dili kafedrasında laborant, 1995-1996-ci illərdə XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi üzrə baş laborant, 1996-1999-cu illərdə Folklor kafedrasında müəllim, 1999-2003-cü illərdə baş müəllim, 2003-2005-ci illərdə dosent əvəzi, 2005-ci ildə dosent, 2015-ci ildən professor vəzifələrində çalışıb.

2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. O, bakalavr və magistr pillələrində rus və Azərbaycan bölmələrində “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Azərbaycan dastanları”, “Kitabi Dədə Qorqud” və dünya eposu” fənlərindən dərs deyir.

 

2002-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan folklorunun rus dilinə tərcümə probleminin özünəməxsusluğu (1980-1990-cı illər)» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə «Azərbaycan folkloru materiallarının XIX əsrdə toplanılması, rus dilinə tərcüməsi və nəşri problemləri (SMOMPK-un materialları əsasında)» adlı dissertasiya mövzusuna görə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

 

100-dən çox elmi məqalənin, 4 proqramın və 2 kitabın müəllifidir. Onlarla kitabın redaktoru, ön söz müəllifidir. İxtisası üzrə müxtəlif respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxışlar edib, diplom, sertifikat və mükafatlarla təltif olunub. Azərbaycan folkloru və tərcüməsi onun tədqiqat sahəsidir.

Ailəlidir, iki övladı var.

 

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25