Modern.az

Bakıda bal yarmarkası açıldı - FOTOLAR  

Bakıda bal yarmarkası açıldı - FOTOLAR   

8 Oktyabr 2018, 15:16

Bu gün Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, yarmarka Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində açılıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov jurnalistlərə deyib ki, bal yarmarkasında 371 arıçı işrirak edir. Ümumilikdə satışa 120 ton bal çıxarılıb.

Bununla yanaşı, yarmarkada digər arıçılıq məhsulları, o cümlədən arı südü, çiçək tozu, güləm də satılır.

Qeyd edək ki yarmarka oktyabrın sonlarınadək davam edəcək. Yarmarkada balın 1 kq-ı alıcılara 20-25 manata təklif olunur. 

Modern.az yarmarkadan şəkilləri təqdim edir: 

 

 

 

 

 

 

 

 

 

 

 

 





FOTOLAR: İsmət PAŞA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir