Modern.az

Başçının familiyası...

Başçının familiyası...

Ölkə

21 Oktyabr 2011, 11:02

[email protected]

Bu günlərdə Rayon İcra Hakimiyyətlərindən birinin qapısını döyüb əməkdaşlıq etdiyim TV-nin göndərdiyi məktubu başçıya təqdim eləmək istədim. Köhnədən tanıdığım köməkçi əvvəlcə sənədi əlimdən alıb özü təqdim etməli olduğunu bildirdi... Dediyi kimi də oldu. Ancaq ani də olaraq geri qayıtdı: “Başçı deyir ki, nə vaxt mənim familiyamı düz yazsalar, onda mən onlarla əməkdaşlıq edərəm...”.

Haqlı idi cənab başçı... “C” hərfinin yerində “S” qərar tumuşdu... Amma köməkçinin üzündəki ifadə və ədaları elə tərzdə idi ki, mən sözügedən cənab başçının ona məktub göndərən TV-yə müharibə elan etməyə hazır olduğunu anladım...

Başadüşüləndi... Həmişə, başqasının “gözündə tük axtaran” bizlər, hazırladığımız məktubda “o boyda...” orfoqrafik səhvi diqqətdən qaçırmışdıq. “O boyda” səhvə rəğmən, bu, hörmətsizlik əlaməti deyildi. Sadəcə, texniki qüsurdur!

O ki qaldı, bizim hansısa başçının familiyasını bilməməyimizə, bu, bizim yox, həmin başçının problemidir: Deməli, o, heç də, özünün hesab etdiyi kimi yerində olan vəzifəli şəxs deyil... Əgər hər hansısa bir media qurumu onu daha yaxından və daha səmimi bir siyasi subyekt kimi tanımırsa, problem media qurumunun deyil, başçınındır... Çünki ciddi media qrumları dayanıqlı fəliyyət göstərir, başçılar isə, necə deyərlər, “gəldi-gedərdilər”... Gündə bir başçı dəyişir-başçılarınsa adı “KİV haqqında” qanunun hər hansısa bir maddəsi deyil ki, gecə saat 3-də də oyadıb soruşsalar, cavab verə bilək...

Digər tərəfdən də, yerində olan məmur bu cür texniki səhvlərə üz bozartmır... Sadəcə, elitar qaydada, ən yüksək etik həddə nöqsanın aradan qaldırılmasının vacibliyini ifadə edir...

O ki qaldı məktuba, bu sadəcə etik normalara uyğunlaşdırılmış bir addım idi... Hər hansısa bir başçının istənilən KİV-lə əməkdaşlıq etməyi vacib sayılan məsələ deyil, medianını qaldırdığı məsələyə, verdiyi suala cavab vermək onun birbaşa qanunla müəyyən edlən vəzifə borcudur.

Adi bir texniki səhvə bu cür reaksiyaya gəlincə, gəlin baxaq kim-kimin daha çox səhvinə göz yumur:

- Hər halda, həmin özündənrazı məmurların, az qala hər gün yol verdikləri ictimai, siaysi, iqtisadi səhvlər;

-Bizə irad tutan başçıların öz ad-familiyasını düzgün yaza bilməyənlərə rayonun əsas vəzifələrini etibar etmələri (Hələ özlərinin hansı savada malik olmalarını demirik);

- Qohumbazlıqları, özbaşınalıqları;

-Təyin olunduğu vaxtdan 15-20 keçməmiş həmin rayonda mala-mülkə sahib olmaları (Hansı yolla qazandıqlarını da bura əlavə edək...)

“Burda mən, Bağdadda Kor Xəlifə” prinsipiylə həyata keçirdikləri fəailyyətləri ilə ictimai rəydə, dövlətə, dövlətçiliyə vurduqları zərərləri-

yazmayan bizik... Bax, biz əsil səhvi bunda edirik, amma orfoqrafik səhv yox... Bu bizim prinsipal səhvimizidir! Mən 12 illik jurnalistika təcrübəmdə gördüm ki, gərək elə mövqe tutasan ki, məmur özü səni axtara tapa, özü səninlə əməkdaşlıq etmək üçün minnətçi düşə...

P.S. Cənab başçı, adınızı özüm yazmadım. Bu addımı yalnız və yalnız etika xətrinə atıram... Amma Sizə göndərilən məktubun, həmçinin bu yazının hər bir sətirinə and içirəm ki, yol verdiyiniz hər bir səhvi, başçılıq etdiyiniz rayonda aradan qaldırılmış kimi göstərdiyiniz qalaq-qalaq çözülməmiş problemləri Sizin bozarmış üzünüzdən də boz olan qəzet kağızlarında görməyinizə kömək olmaq üçün əlimdən gələni əsirgəməyəcəm...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir