Arxiv
27 Noyabr 2018, 15:53 | MEDİA
Lahıc və onun dili

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu rəngarəng milli-mədəni mühitin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.


Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətlərin mövcudluğu və davamlılığını şərtləndirən dinc birgəyaşayış ənənəsini, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikultralizm ili” elan olundu.


Hazırda Azərbaycan ərazisində bir çox etnik qruplar mövcuddur. Onlardan biri də Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində, Babadağ və Niyaldağ silsilələrinin əhatəsində yerləşən Lahıcdır. 1500 illik tarixi olan qəsəbənin yaradılması III-VII əsrlərə aid edilir. Bakıdan 275, İsmayıllıdan 36 km məsafədə yerləşən Lahıcın əhalisi rayonda məskunlaşmış azsaylı xalqlar arasında sayca çoxluq təşkil edir. Yerləşdiyi coğrafi mövqeyi və qədim tarixi kökləri baxımından Lahıc olduqca cəzbedici ərazidir.


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllının Lahıc qəsəbəsində olduq. Belə düşünülmüşdü: ötən ilin payızında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılmış “Gənc jurnalistlər” Klubunun “Tədrisdən təcrübəyə” təlim kursunun iştirakçıları İsmayıllı rayonuna səfər edəcək, bu füsünkar məkanın tarixi yerlərini gəzəcək, gördükləri, öyrəndikləri əsasında yazılar hazırlayacaqlar.  


Əsrarəngiz təbiətə, qədim köklərə əsaslanan tarixə və fərqli mədəniyyətə sahib olan Lahıc bizi özünə heyran etdi. Ən xırda daş parçası belə, özündə əsrlərin tarixini yaşatdığından nəzərlərimizi üzərinə cəmləyirdi.


Qəsəbə ilə ilk tanışlıqdan burada yaşayan tat xalqının dili və əlifbası haqqında yazacağıma qərar verdim. İsmayıllı ərazisində tarixən mövcudluğu sübuta yetirilmiş Girdiman knyazlığında əhalinin əksər hissəsinin irandilli olduğu müxtəlif alimlərin əsərlərində də təsdiqini tapıb. Azərbaycan tatlarının dili A.L.Qrünberq, B.V.Miller, V.S.Sokolova, M.İ.Hacıyev, T.M.Əhmədov və digər alimlər tərəfindən tədqiqata cəlb olunub. Tat dilinin yəhudi ləhçəsini tədqiq edən Vs.F.Miller müsəlman tatlarının dili ilə də maraqlanarkən yalnız Lahıc ləhcəsi ilə dərindən məşğul olub. O, 1903-cü ildə Krımda istirahət etdiyi günlərdə Bakı Texniki Məktəbinin tələbəsi lahıclı Ağabala Canbaxşıyevlə tanış olub və ondan bəzi məlumatlar alıb. Sonralar bu qeydlər onun “Tat etüdləri” əsərinin meydana gəlməsində əsas rol oynayıb.


XX əsrin 20-ci illərində tatların məskunlaşma tarixini araşdırmağa başlayan professor B.Miller onları dini mənsubiyyətinə görə fərqləndirib və müsəlman, xristian, yəhudi olmalarına əsasən 3 qrupa ayırıb. Müsəlman tatlarının böyük bir hissəsi hazırda Lahıc qəsəbəsində yaşayır. Onlar özlərini “lahıc”, dillərini isə “lahıc dili” adlandırırlar.


Başqa fikirlər də var. Rəvayətə görə, tatlar IV əsrdə Sasanilər tərəfindən Azərbaycan ərazisinə etnik dayaq yaratmaq məqsədi ilə köçürülmüş irandilli əhalinin nəslindən olanlardır. Bu əhalinin özünəməxsus dili və əlifbası mövcuddur. Tat dili fars dilinə yaxın olmaqla Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid edilir.


Tarixin dərinliklərinə getmək tarixçilərin işidir. Biz tələbəyik. Yazdıqlarım internet vasitəsilə kiçik araşdırmanın nəticəsidir. Lahıcda olanda sakinlərlə ünsiyyətim zamanı onların hansı dildə danışdığını öyrənmək marağım belə bir yazını hazırlamağıma səbəb oldu. Dərin araşdırmaları tarixçilərin öhdəsinə buraxaraq, yazımı elə lahıc dilindəki atalar sözü ilə bitirirəm: "El boği, söhbət boği" - Saxla samanı, gələr zamanı.

 


Nəzrin Kərimova

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondu “Gənc jurnalistlər” Klubunun üzvü                                       

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15 Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 18 Sentyabr 2019, 16:11 Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... 18 Sentyabr 2019, 15:58 Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO 18 Sentyabr 2019, 15:52 Deputatların pensiyaları da artacaq 18 Sentyabr 2019, 15:43 AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də… 18 Sentyabr 2019, 15:11 Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub 18 Sentyabr 2019, 15:09 Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ 18 Sentyabr 2019, 14:56 Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib 18 Sentyabr 2019, 14:52 İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - Partiyadan AÇIQLAMA 18 Sentyabr 2019, 14:51