Arxiv
24 Dekabr 2018, 10:10 | DİASPOR
ABŞ-da yaşayan general nəvəsinin həyat yoldaşı - Miçiqanda özəl klinikası olan azərbaycanlı

Bir az məzəli, bir az da ciddi- qiyamət oğuldu, Oqtay Məmmədov. Sizə zarafat gəlməsin, ərazisi Azərbaycandan dörd dəfə böyük olan Miçiqan ştatında yeganə azərbaycanlıdır ki, özəl klinikası var…

O, 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1989-cu ildə 111 nömrəli məktəbdə orta təhsilini bitirib. Elə həmin il də indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1996-ci ildə oranın cərrahiyyə fakultəsində həkim-cərrah ixtisasına yiyələnib. Bir sıra xəstəxanalara müraciət etsə də, öz peşəsinə uyğun iş tapa bilməyib. İşsiz qaldığından, güzaran qurmaq üçün Dubaya yollanıb. Burada bizneslə məşğul olub...

1999-cu ildə Kanadaya yola düşüb. Azərbaycandan gətirdiyi həkimlik diplomu bu ölkədə tanınmadığından, özəl klinikalardan birinin laboratoriyasında laborant kimi çalışıb. Yeddi il işlədikdən sonra ixtisasartırma kurslarını keçərək, tələb olunan test imtahanlarından müvəfəqiyyət qazanıb, nəhayət arzusuna nail olub. Kandanın, Amerika Birləşmiş Ştatlarının bir sıra klinikalarına CV göndərib. Nəticədə, çox yerdən dəvət alıb, amma o, ABŞ-ı seçib… 

2006-cı ildə ABŞ-ın Merilənd ştatına gəlib. Ştatın Baltimor şəhərində, ölkənin ən məşhur tibb universitetlərindən biri- Cohns Hopkins-in nəzdində olan klinikada üç il daxili xəstəliklər rezidenturasında təhsilini davam etdirib, yuxu xəstəlikləri üzrə həkim ixtisasına yiyələnib...

2009-cu ildə təhsil təqaüdü udaraq oradan Miçiqan ştatının Detroit şəhərindəki, XIX əsrdən fəaliyyətə başlamış Henri Ford klinikasına yol tutub, burada bir il kurs keçdikdən sonra müsabiqə yolu ilə özəl klinikalar şəbəkəsinin fəaliyyətinə nəzarət edən icraçı direktor vəzifəsinə təyin olunub, şəhərin beş klinikasına rəhbərlik ona tapşırılıb. 2016-cı ilədək həmin vəzifədə çalışıb...

2016-cı ildə Miçiqanın Est Lansing şəhərinə köçüb. Burada o, yuxu xəstəlikləri üzrə özəl klinika yaradır və bu günədək həmin klinikaya rəhbərlik edir…


Deyir ki, qoy bütün Azərbaycan bilsin, kimin yolu Miçiqana düşərsə, gözüm üstə yeri var, canla-başla xidmətində durmağa həmişə hazıram…

Oqtay Məmmədov çox maraqlı insandır. Azərbaycanı özünə Məkkə- Mədinə bilir. Elə bir il olmur ki, Azərbaycana getməsin, vətəni ziyarət etməsə tab gətirə bilmir…

Yaxşı insanların hər əməli gözəl olur. Davranışı, insana münasibəti, mədəniyyəti yüksək səviyyədə olan bu soydaşımızın varlığından adam qürur hissi keçirməyə bilmir...

Ömür-gün yoldaşı Zemfira xanımın babası Bəşir İmanov DTK-nın nazirlik olduğu dövrlərdə, 1948-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışıb. 1953-cü ildə Nikita Xruşşov hakimiyyətə gələndən bir qədər sonra, general-mayoru bu vəzifədən uzaqlaşdırıb, Azərbaycan Dəmiryol Milis İdarəsinin rəisi təyin ediliblər…


Zemfira xanım Bakı Tibb Texnikumunu bitirib. Bir müddət səhiyyənin fizoterapiya sahəsində çalışıb. İşləyə-işləyə ali təhsil alıb, iqtisadçı ixtisasına yiyələnib. Fəqət, yeni ixtisası üzrə çalışmağa macal tapmayıb. ABŞ-dan gələn Oqtay Məmmədov onunla evlənərək özüylə Amerikaya gətirib. Evdar xanımdır. Böyük oğlu Elnurun 9, qızı Kamillanın 4, evin sonbeşiyi Kamranın isə 2 yaşı var…

Övladları ilə nəfəs alır, Oqtay həkim. Zəhmətinə, əzmkarlığına, könül açığlığına görə Allah ondan heç nə əsirgəməyib.

Deyir ki, bu gün mənim ən böyük arzum, uşaqları böyüdüb, onlara yüksək təhsil verməkdən ibarətdir. İstəyirəm ki, onlar cəmiyyətdə öz yerlərini tuta bilsinlər, millətə-xalqa baş ucalığı gətirsinlər…

Bəli, uğurları ilə xalqımızın adını yüksəklərə qaldıran, əməlləri ilə Azərbaycanımıza başucalığı gətirən qərib soydaşlarımıza eşq olsun! Allah öz məhəbbətini onlardan əskik etməsin!..


Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55