Arxiv
12 Fevral 2019, 10:55 | MEDİA
DTX baş redaktorla bağlı materialları AÇIQLADI - SƏS YAZISI

Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir.

DTX-nın məlumatında bildirilir:

"“Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya, müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək".

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident şəhid ailələri ilə telefon söhbətindən DANIŞDI 15 İyul 2020, 21:34 “Ermənistan ordusu layiqli cavabını aldı” - İlham Əliyev 15 İyul 2020, 21:27 Prezident Elmar Məmmədyarovu tənqid etdi -  Mən Xarici İşlər  nazirini tapa bilmədim 15 İyul 2020, 21:18 Generalın ölümü... 15 İyul 2020, 21:10 Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi - FOTO 15 İyul 2020, 21:03 Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər artilleriyadan atəş açıb 15 İyul 2020, 20:57 Moskvada Azərbaycana dəstək aksiyası oldu 15 İyul 2020, 20:43 “Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək” - Müşfiq Məmmədli 15 İyul 2020, 20:30 Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı məlumat yayanlar saxlanılıb 15 İyul 2020, 20:15 “Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir” - Deputat 15 İyul 2020, 20:01 Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb 15 İyul 2020, 19:20 “Ordu barədə təxribatçı məlumat yayan şəxs axtarışa verilsin” - TƏKLİF 15 İyul 2020, 19:08 Tahir Mirkişili: “Milli maraqlar naminə həmrəylik Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir” 15 İyul 2020, 18:54 Paşinyan Rusiyaya qarşı "ABŞ markalı maşınını" işə saldı 15 İyul 2020, 18:45 Deputat: “Ermənistan rəhbərliyi hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşır” 15 İyul 2020, 18:40 Milli Məclis binasına dəyən zərərin məbləği AÇIQLANIB 15 İyul 2020, 18:33 Baş nazir QƏRARINA dəyişiklik etdi 15 İyul 2020, 18:28 Xanım deputatlar şəhid generalın ailəsində olublar 15 İyul 2020, 18:22 Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapıldı 15 İyul 2020, 18:16 Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı 15 İyul 2020, 18:10 Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin onlayn iclasını çağırdı 15 İyul 2020, 18:05 Dolların sabahkı məzənnəsi açıqlandı 15 İyul 2020, 18:00 Azərbaycan Prezidentinin köməkçisi erməni naziri debatda ifşa etdi - VİDEO 15 İyul 2020, 17:54 Kriminal avtoriteti öldürən şəxs həbs edildi 15 İyul 2020, 17:48 Kimlər MİQ imtahanında iştirak edə bilməyəcək - rəsmi açıqlama 15 İyul 2020, 17:42 Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA 15 İyul 2020, 17:36 Tovuzda ermənilərin öldürdüyü mülki şəxsə görə CİNAYƏT İŞİ açıldı 15 İyul 2020, 17:30 Müəllimlərin işə qəbulu imtahanları bu tarixdə keçiriləcək 15 İyul 2020, 17:25 Komitə sədri: “Parlamentə dünənki hücum arxadan vurulan xəyanətkar zərbəsi idi” 15 İyul 2020, 17:20 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli 15 İyul 2020, 17:15 Tovuzda jurnalistlərin və deputatların olduğu əraziyə atəş açıldı 15 İyul 2020, 17:10 DİN təxribatçı ilə bağlı araşdıma aparır - VİDEO 15 İyul 2020, 17:05 Ermənistan vətəndaşı Azərbaycana keçdi - VİDEO 15 İyul 2020, 17:00 İndi 1990-cı illərin əvvəlləri deyil ki... 15 İyul 2020, 16:55 İstanbulda Azərbaycana dəstək mitinqi keçiriləcək 15 İyul 2020, 16:50