Modern.az

Ötən il Azərbaycandakı yanğınlarda 83 nəfər ölüb

Ötən il Azərbaycandakı yanğınlarda 83 nəfər ölüb

12 Fevral 2019, 20:02

2018-ci ildə Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb ki, bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur. Modern.az “Trend”ə istinadən xəbər verir ki, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olub. Yanğınlar zamanı 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 milyon manat məbləğində maddi ziyan vurulub.

 

Hesabat dövründə qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insan sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş verib.

 

Ötən il ərzində qeydə alınmış yanğınların 70,7 faizi yaşayış, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2 faizi istehsal obyektlərində, 0,5 faizi anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?