Arxiv
14 Fervral 2019, 11:49 | REPORTAJ
Hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir...  

Müəllimlərin işə qəbulu prosesi zamanı ucqar bölgələrə dərs demək üçün yollanan gənclərin sayında artım müşahidə olunur. Gənc pedaqoqlar müəllimlik peşəsini icra etmək üçün getdiyi məktəblərdə aktiv çalışırlar.

Belə müəllimlərdən bir neçəsi Qubanın Qəçrəş kəndində işləyir.

 

Modern.az-ın məlumatına görə, gənc müəllimlərdən olan 24 yaşlı Nigar Bəşirova Bakıda doğulub-böyüsə də, müəllimlik karyerasına Qubanın Qəçrəş kəndində başlayıb. Kənd mühiti çətinliklər yaratmasına baxmayaraq, Nigar işinə sevgi və həvəs göstərir.

 

Nigar Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayıb.

 

Nigar Bəşirova deyir ki, gənc kadrlara ucqar bölgələrdə daha çox ehtiyac var.

 

“Bizim bura gəlişimiz bir nümunədir. Belədə gələcəkdə ali məktəbləri bitirən digər gənclər də işləmək üçün bölgələrə rahatlıqla üz tutacaqlar. Uşaqların uğurlarında azca pay sahibi olmaq mənə sevinc verir. Ucqar kənddə uşaqlarla işləməkdən zövq alıram”.

 

Nigar Bəşirova hazırda rayonda kirayədə qalır.

 

“Kirayədə qaldığım evin insanları çox mehribandırlar. Ona görə də pedaqoji fəaliyyətimi burada davam etdirmək fikrindəyəm. Aldığım aylıq məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manat əməkhaqqı alıram. Üstəlik dərsdən sonra bir neçə şagirdi hazırlaşdırıram. Eyni zamanda burada işləyə-işləyə gələcəkdə magistr təhsili almağı düşünürəm”.

 

Qubanın Qəçrəş kəndində çalışan gənclərdən biri də 24 yaşlı alman dili müəllimi Maral Yusifovadır. Maraqlıdır ki, o, dərs keçmək üçün hər gün uzun məsafə qət etmək məcburiyyətində qalır.

 

Belə ki, hər gün Sumqayıtdan Qubaya gəlib və axşam evlərinə geri dönür. Bu boyda məsafə qət etməsinə baxmayaraq, Maral Yusifova işindən də, şagirdlərdən də, kənd camaatından da çox razıdır.

 

22 saat dərs yükü olan gənc müəllim 400 manat civarında əməkhaqqı alır.

 

“2017-c ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplamışam. O vaxtdan indiyə kimi burada çalışıram. Eyni zamanda  Azərbaycan Dillər Universitetinin Alman dili ixtisası üzrə magistr təhsili alıram.

 

Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram.

 

Çətinliklərə baxmayaraq, peşəmi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar"

 

Qəçrəşdə çalışan digər gənc müəllim isə Şəmkirdə doğulan, hazırda biologiya müəllimi işləyən 23 yaşlı Gülər Abdullayevadır.  O da kənddə müəllim işləməsindən çox məmnun qaldığını söyləyib.

 

“Müəllimlərin işə qəbulu imtahanında 44 bal toplamışam. Nüvədi kəndində praktikada olmuşam və praktika zamanı buranın təbiəti, insanları mənə olduqca maraqlı gəlmişdi.

 

Elə seçim edəndə ilk yerdə buranı yazmışdım. 2017-ci ildən burda işləyirəm. Uşaqların dərsə marağı indi yaxşılaşıb. Müxtəlif metodlarla dərs keçirəm deyə, maraq artır. 24 saat dərs yüküm var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43